• $
  • €
  • ₽
  • ₺
  • £

Qar uçqununa düşərək ölən əsgərin şəhid statusu 7 il sonra ləğv edilib

Qar uçqununa düşərək ölən əsgərin şəhid statusu 7 il sonra ləğv edilib
29.04.2019 12:26
Ali Məhkəmədə Alməmmədov Vəfadar Əlövsət oğlunun şəhid statusunun bərpası ilə bağlı kassasiya şikayətinə baxılıb.

Bu barədə ONA-ya vəkil İlkin Mustafa məlumat verib. Onun sözlərinə görə, V. Alməmmədov 2000-ci ilin dekabrın 24-də Daşkəsən rayonunda yerləşən hərbi hissədə döyüş tapşırığını yerinə yetirərkən qar uçqununa düşüb və donaraq ölüb. Bundan sonra ona "Şəhid statusu” verilib: "Ailəsi qanunvericilikdə nəzərdə tutulmuş maddi ödəmələri də alıb. Lakin 7 ildən sonra Hərbi Komissarlığının 28 iyun 2007-ci il tarixli məktublarına əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün təyin edilməsi ilə bağlı araşdırmalar aparılarkən mərhuma verilmiş şəhid statusu ləğv edilib. Məsələyə aydınlıq gətirmək üçün müvafiq inzibati orqanlara yazılı müraciətlər edilsə də bunun bir nəticəsi olmayıb".

Vəkil qeyd edib ki, daha sonra şəhid statusunun bərpa edilməsi üçün şəhidin anası Alməmmədova Gülöyşə Feyzulla qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia tələbi rədd edilib. Daha sonra birinci instansiya məhkəmısinin qərarından apelyasiya şikayəti verilib. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Bundan sonra kassasiya şikayəti verilib və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilib və iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilib. Kollegiya hesab edib ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmayıb, eləcə də məhkəmələr tərəfindən iddiaçıya zəruri hüquqi yardım göstərilməyib. Hazırda işə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsində 30 aprel 2019-cu il tarixdə təyin edilmiş prosesdə baxılacaqdır.

Vəkil mərhum Alməmmədov Vəfadar Əlövsət oğlunun layiq olduğu "Şəhid statusu” bərpa olunacağına ümid etdiklərini vurğulayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol