• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimlərinə başlayır

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimlərinə başlayır
30.04.2019 16:25
"Nar” fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası üçün korporativ sosial məsuliyyət (KSM) layihələrini davam etdirir. Mobil operator eşitmə məhdudiyyətli insanların müxtəlif ixtisaslara yiyələnməsi və onların işlə təmin olunması üçün növbəti "Təlim məktəbi” layihəsinə start verir. "Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşacaq layihə çərçivəsində üç qrupdan ibarət olan vətəndaşlar üç aylıq peşə kurslarında təlim keçəcəklər. İştirakçılar aşpaz, şirniyyat ustası, motorçu və s. kimi  ixtisaslara yiyələnəcəklər. Layihə təcrübəli mütəxəssislər tərəfindən aparılacaq. 

Qeyd edək ki, "Nar” tərəfindən təşkil edilən "Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların yeni bacarıqlar əldə etməklə  cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır. 

"Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, mobil operator fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması üçün uzun müddətdir ki, uğurlu layihələr icra edib: "Artıq 3 ildən çoxdur ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür  təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə veririk. Məqsəd fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə yanaşı, onları cəmiyyətə inteqrasiya etməkdir. Layihə ilkin olaraq paytaxtda yaşayan eşitmə məhdudiyyətli insanları əhatə edəcək. Gələcəkdə isə bütün bölgələrdən olan eşitmə məhdudiyyəli şəxslər üçün peşə təlimlərinin keçirilməsini nəzərdə tuturuq”. 

"Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov isə bildirib ki, eşitmə və danışma məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiya olunması istiqamətində mövcud olan problemlərin həlli cox vacibdir: "Əsas məqsədimiz bu insanların normal həyata qaytarılmasına, sosial və maddi, hüquqi, mülki və qanunvericiliklə bağlı problemlərinin həllinə kömək etməkdir. Eşitmə məhdudiyyətli insanlar müəyyən peşəyə yiyələnməklə həyatlarını maddi və mənəvi cəhətdən asanlaşdırır. "Təlim peşəsi” layihəsi eşitmə məhdudiyyətli insanların təhsil almasından sonra işlə təmin olunmasına yardım edəcək.” 
"Nar”-ın korporativ sosial sosial məsuliyyət (KSM) strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol