• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda malakanların yeganə kilsəsi sökülür? - VİDEO

Bakıda malakanların yeganə kilsəsi sökülür? - VİDEO
04.05.2019 13:04
1900-cü illərin əvvəllərində tikildiyi bildirilən bu bina sökülə bilər. Sənətşünaslar bu binanın 1913-cü ildə molokanların dua evi kimi tikildiyini söyləyirlər.


Daha sonra isə Radio evi kimi fəaliyyət göstərib.


Hazırda burada icma üçün mədəni fəaliyyət məkanı olan "Salaam Cinema Baku" yerləşir.


Burada tədbirlər təşkil edilir, sərgilər olur, film nümayişləri keçirilir. 2018-ci ilin axırında bina özəlləşdirilib, indi mülk sahibi kirayənişinləri buradan çıxarmaq istəyir.


Gənclər deyir ki, mayın 2-də binanı sökməyə cəhd göstərilib.


Özünü mülk sahibinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Bəhruz Əhmədov isə deyir ki, kirayə müqaviləsini onlar yox, mühafizəçi imzalayıb. Amma sonra bu işin üstü açılıb və mühafizəçi işdən çıxarılıb.


Binanın gələcək taleyi isə tam qərarlaşdırılmayıb. İndi kirayənişinlərə iyunun 15-nə qədər vaxt verilib, amma gənclər bu binanın sökülməməsini istəyirlər.


Bina dövlət tərəfindən qorunan abidələrin siyahısında deyil.


Mənbə: BBC



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol