• $
  • €
  • ₽
  • ₺
  • £

Xərçəngi yox edən ƏN EFFEKTLİ ÜSUL: hər gün... - FOTO

Xərçəngi yox edən ƏN EFFEKTLİ ÜSUL: hər gün... - FOTO
02.06.2019 16:47
Dövrün ən qorxunc xəstəliklərinin siyahısına başçılıq edən xərçəng böyük insanlar qədər uşaqlar üçün də risk yaradır. Rəqəmlər göstərir ki, hər bir milyon nəfərlik kütlədə yüzdən çox uşaq xərçəng riski ilə qarşı-qarşıya qalır. Uşaqlarda xərçəngin ən qorxunc variantı xəstəliyin səssiz şəkildə irəliləməsi və son aylarda simptomlarını üzə çıxarmasıdır.
Anews.az Publika.az-a istinadən xəbər verir ki, sürətli çəki itirmək, iştahsızlıq, bədəndə göyərmələrin əmələ gəlməsi, rəngin solğunlaşması, oynaq ağrıları kimi simptomlarla ortaya çıxan xərçəngdən qurtulmaq üçün müalicə müddətində düzgün qidalanma qaydalarına da riayət etmək lazımdır.
Xərçəngdə qidalanma faktoru
Genetik faktorlar, infeksiyalar və ətraf mühitin təsirləri ilə ortaya çıxan uşaq xərçəngi erkən diaqnoz və müalicələrlə sağaldıla bilir. Xərçəngə yol açan səbəblərdən bəziləri insanın özündən asılı olmasa da, özündən asılı olan səbəbləri aradan qaldırmaqla xəstəliyi yüngülləşdirə bilər. Qidalanma da buraya daxildir.
Aparılan araşdırmalara görə, yanlış qidalanma vərdişləri xərçəngin ortaya çıxması və inkişafında 35% təsirə malikdir. Bu səbəbdən meyvə-tərəvəzlərin öz mövsümündə yeyilməsi, mümkün olduğu qədər təbii qidalardan istifadə zəruridir.
Süfrənizdə bu qidalardan olmalıdır!
Sarımsaq: antibiotik xüsusiyyətindən dolayı immun sistemini gücləndirir və qanın durulmasını təmin edərək xolestrol səviyyəsini aşağı salır.

Turp: Bədəndə sulforafan kimi aktiv birləşmələrə çevrilir. Bu da antikanserogen təsir bağışlayır.
Pomidor: Xərçəngdən qorumaq, zehni və fiziki qocalmanı gecikdirən xüsusiyyətlərə sahibdir. C vitamini ilə zəngindir. İmmun sistemini qüvvətləndirir.

İspanaq: Xərçəngə, ürək və damar xəstəliklərinə, yüksək təzyiqə dərmandır.
Kələm: Bədəndə toplanan zərərli maddələrin xaric edilməsini təmin edir.
Brokolye: Xərçəngə qarşı qoruyucu vitamin dolu tərəvəzdir. C vitamini ilə zəngindir.

Ərik: Hüceyrələrə və toxumalara zərər verən molekulların təsirini ortadan qaldıraraq xərçəngə qarşı müqavimət yaradır.

Kök: Kökdən istifadə artdıqca xərçəng riskinin azaldığı sübut olunub. Bunun əsas səbəbibetakaroten, C və E vitaminləri kimi antioksidantlar baxımından zəngin olmasıdır.
Taxıl: Arpa, qarğıdalı, buğda, yulaf B və E vitamini, kalium və kalsiumla zəngindir.
Noxud: Yağı az və xolestrolu sıfır olan noxud da kalsium, maqnezium, fol turşusu baxımından zəngin bitkidir.
Əncir: Kalium, dəmir və kalsiumla zəngindir. Həzm sistemini yaxşılaşdırır. Müasir tibb əncirin xərçəngə qarşı qoruyucu təsirini sübut edib.
Fındıq: E vitamini baxımından zəngindir. "Ellagic" adı verilən bir növ turşuya sahibdir. Bu turşu xərçəng hüceyrələrinin özlərini öldürmələri mənasına gələn "apoptosis" prosesini başladır.

Zeytun yağı: Qanda xolestrolun səviyyəsini balanslaşdırır. E vitamini il zəngindir. Bunun sayəsində ürək infarktı, iflic, xərçəng və erkən yaşlanmaya qarşı müqavimət yaradır.
Soğan: İmmun sistemini qüvvətləndirir. Mədə və bağırsaq xərşənglərinə qarşı təsirlidir.
Şaftalı: Betakarotenlə zəngindir. Bir şaftalı gündəlik C vitamini ehtiyacının 50%-ni qarşılayır.
Düyü: E və B vitaminləri ilə zəngindir.

Lobya: C vitamini və betakaroten kimi ürək xəstəlikləri və xərçəngin qarşısını alan antioksidantlara sahibdir.
Qırmızı üzümün çəyirdəyi: Antioksidant təsiri var.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol