• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən axtarışda olan plastik cərrahla bağlı açıqlama - VİDEO

DİN-dən axtarışda olan plastik cərrahla bağlı açıqlama - VİDEO
06.09.2014 16:40
"Elçin Məmmədovu tapsaq, həbs edib Rusiyaya təhvil verəcəyik"İnterpol azərbaycanlı plastik cərrah Elçin Məmmədovun axtarışına çıxıb. Həkim axtarışda olmaqla yanaşı barəsində, Rusiya mətbuatında geniş məqalələr də yazılır. İddia edirlər ki, o, həkim yox, əslində guya qatildir. Həmin həkim indi Bakıda işləyir.ANS TV-nin məlumatına görə, Rusiyanın “Komsomolskaya pravda” qəzeti 2007-2012-ci illərdə Moskvada işləyən plastik cərrah azərbaycanlı Elçin Məmmədovu dələduzluqda və insan ölümündə günahlandıraraq beynəlxalq axtarışa verib.Qəzet cərrahın "Estet" və "Lanset" klinikalarında çalışdığı zaman plastik cərrahiyyə aləmində "rəssam" kimi tanınan doktorun bir neçə qadını bədbəxt etdiyini, birini isə öldürdüyünü yazır. Cərrahın Moskva sakini Anna Spitsına üzərində uğursuz əməliyyat keçirdiyini və xanımın bu günə qədər komada olduğunu iddia edilir.Elçin Məmmədov Rusiya prezidentinin tabeçiliyində olan “Volınskiy” xəstəxanasında da çalışıb. İstintaq materiallarına əsasən Məmmədov tibbi təhsil haqda sənədləri elə məharətlə saxtalaşdırıb ki, ona hətta Rusiyada estetik cərrah adı ilə sertifikat da verilib. Ona qarşı irəli sürülən iddialar bir müddət Rusiya məhkəmələrində araşdırılıb və barəsində dələduzluq və insan ölümündə günahlandırma maddələrilə qiyabi həbs qərarı verilib. Qərar çıxanda isə o, artıq Bakıda olub. Bakıda isə klinikalardan birində işə başlayıb. Üç gün əvvəl isə İnterpol onun axtarışına çıxıb. Üzünün görünməməsi şərtilə sullarımızı cavablandıran Elçin Məmmədov ittihamları rədd edir. Komaya düşən xəstənin günahını isə anastezyoloqda görür. Dediyinə görə, bu faktı, hətta 12 dəfə məhkəmə ekspertizası da təsdiqləyib.“Bu hadisədən sonra mən həmin klinikadan ayrılmaq istədiyimi bildirdim. Onlar dedilər ki, əgər getsəm, baş vermiş hadisəni mənim üzərimə atacaqlar. Əlbəttə ki, mən bunlara fikir vermədim və çıxıb getdim”, - deyə Elçin Məmmədov qeyd edib.Həkim indi hüququnu vəkilləri vasitəsilə qoruyacaq. Səhiyyə Nazirliyi də İnterpolun axtardığı həkimin Azərbaycanda işləməsinə aydınlıq gətirib. Nazirlik özəl müəssisələrin kadr siyasətinə qarışmır.İnterpolla əməkdaşlıq edən Daxili İşlər Nazirliyinin rəsmisi Ehsan Zahidov isə deyib ki, "Biz də Rusiya vətəndaşı olan Elçin Məmmədovu axtarırıq, Azərbaycan ərazisində yeri müəyyən olunarsa, həbs edib Rusiyaya təhvil verəcəyik".

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol