• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı döyüş gecəsində söyüşüb dalaşanlar çeçen və iranlılar olub – VİDEO

Bakıdakı döyüş gecəsində söyüşüb dalaşanlar çeçen və iranlılar olub – VİDEO
29.07.2019 18:52
Bakıda keçirilən "Ultimax Fight Night” adlı döyüş gecəsində dava düşüb.
Oxu.Az xəbər verir ki, döyüşlərin birində idmançılar arasında başlayan davaya məşqçilər və rinqə çıxan bəzi insanlar da qoşulub.
Yarışın Azərbaycanda təşkilatçılığını öz üzərinə götürmüş Yusif Əliyev Oxu.Az-a açıqlamasında davada azərbaycanlı idmançıların yox, xarici qonaqların iştirak etdiyini bildirib:
"Yarışı Rusiyada yaşayan Hüseyn Mütəllimov adlı şəxs keçirir. "Ultimax Fight Night” promouter şirkəti ona məxsusdur. Mən isə azərbaycanlıların bu döyüşdə iştirakını və Bakıdakı təşkilatçılığı öz üzərimə götürmüşdüm.
Rusiya və İran döyüşçüləri hələ "Instagram”da bir-biriləri ilə söyüşmüşdülər. MMA-da şou xətrinə belə şeylər çox olur. Rusiya döyüşçüsü milliyyətcə çeçen idi. Döyüş zamanı hakim onları aralayanda bir-birləri ilə dalaşmağa başladılar. Amma bu, saytlarda yazıldığı kimi, çox uzun çəkmədi. Polis əməkdaşları da orada idi. Hamı dərhal rinqə çıxıb dalaşanları sakitləşdirdi. Dava heç bir dəqiqə çəkmədi. Döyüş davam etdirildi və çeçen idmançı qalib gəldi. Bundan başqa, dava olmayıb”.
Qeyd edək ki, bu yarışda Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, İraq, Suriya, Mərakeş və Türkiyədən olan idmançılar mübarizə aparıblar.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol