• $
  • €
  • ₽
  • ₺
  • £

Avtoşların “Beşmərtəbə” şousu – YENİ VİDEO

Avtoşların “Beşmərtəbə” şousu – YENİ VİDEO
01.09.2014 12:44
Avtoxuliqanların ən sevimli məkanlarından biri olan «beşmərtəbə» dairəsində daha bir hadisə baş verib. ANN.Az Avtosfer.az-a istinadən xəbər verir ki, bu dəfə 3 «avtoş» «beşmərtəbə»də öz məharətini göstərir.Onlar Daxili İşlər Nazirliyinin qarşısından, yəni Hüsü Hacıyev küçəsindən yüksək sürətlə hərəkət edərək «beşmərtəbə» dairəsinə daxil olurlar. Lakin hər üç maşın dairəni fırlanmadan düzünə hərəkət edib təhlükə yaradırlar. Əvvəlcə iki «07» bir-biri ilə ötüşür və dairəyə daxil olarkən düzünə hərəkət etmək istəyirlər. Bu zaman «07»dən biri idarəetməni itirərək yuxarıdan «beşmərtə» dairəsinə daxil olan «Opel» markalı avtomobili vurur. Bununla kifayətlənməyən «07»nin sürücüsü maşını geriyə hərəkət etdirib hadisə yerindən qaçır. Digər «avtoş» da onun arxasınca hərəkət edir. Az sonra onların arxasınca daha bir «avtoş»un gəldiyi görünür. «Lada Priora» markalı bu avtomobil də özündən əvvəlkilərin hərəkətlərini təkrarlayaraq kobud qayda pozuntusuna yol verməklə aradan çıxır. Hər halda, bu görüntülər Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Mərkəzinin kameralarına həkk olunub. Artıq hər üç «avtoş» yol polisi tərəfindən aşkarlanaraq barələrində tədbir görülüb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol