• $
  • €
  • ₽
  • ₺
  • £

Küləkdə başına ağac düşən qızdan “Semaşko”ya AĞIR İTTİHAMLAR - VİDEO

Küləkdə başına ağac düşən qızdan “Semaşko”ya AĞIR İTTİHAMLAR - VİDEO
06.08.2019 18:35
Bakıda avqustun 5-də güclü külək səbəbindən ağacın budağı qırılaraq 20 yaşlı Simnarə Qəmbərlinin üstünə aşıb. Hadisə nəticəsində xəsarət alan qız dərhal ətrafdakıların köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Anews.az oxu.az-a istinadən xəbər verir ki, S.Qəmbərlinin atası İlqar Qəmbərli deyir ki, qızının başı yarılıb və ona beş tikiş vurublar, lakin qızını bir gün belə xəstəxanada saxlamayıb. Çünki, bunun üçün pul tələb ediblər:

"Mənə dünən saat 12 radələrində zəng vuruldu ki, ağacın budağının aşması nəticəsində qızınız ağır kəllə-beyin travması alıb. Ətrafdakı insanlar təcili yardıma zəng vurublar. Lakin təcili yardım əməkdaşları 20-30 dəqiqə gecikiblər. Sonra da qan içində olan qızıma dərhal müdaxilə etmədən gözləyiblər ki, nə vaxt valideynləri gələcək, pul verəcək, onlar da tikiş qoyacaqlar. Heç bir tibbi rəy, MRT olmadan tikiş ataraq qızımı evə göndəriblər. Bir kağız da verməyiblər ki, qızım bu travmanı təbii fəlakət nəticəsində alıb”.

Hadisədən sarsılan, hazırda isə vəziyyəti ağır olan S.Qəmbərli həkimlərin səhlənkarlığından şikayətçidir. Zərərçəkən onu tez bir zamanda evə buraxdıqlarını və heç bir müalicə yazmadıqlarını deyir:

"Təcili yardım çox gec gəldi. Mən həddindən artıq qan itirmişdim. 1 saylı Kliniki Tibbi Mərkəzə apardılar. Həkim isə çox gec gəldi. Kobud davranırdılar. Dedilər ki, istəyirsiniz qalın, istəmirsiniz qalmayın, məcburi deyil. Həkim isə çıxıb getdi. Anam nə qədər maraqlansa da, cavab vermədilər. Dövlət xəstəxanası olmasına baxmayaraq, çox pul ödədik. Həkimi, tibb bacısı - hamısı pul istəyir. Hətta tələbə yoldaşlarımdan belə pul alındı. Rəfiqəmdən 10 manat pul götürdülər”.

Səhiyyə Nazirliyindən isə şifahi olaraq bildiriblər ki, məsələ hazırda araşdırılır. Həkimin rüşvət almasına gəlincə, qurumdan bildiriblər ki, vətəndaş bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etməlidir. 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol