• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 5 yaşlı qızın mədəsindən böyük tük kütləsi çıxarılıb - VİDEO

Azərbaycanda 5 yaşlı qızın mədəsindən böyük tük kütləsi çıxarılıb - VİDEO
18.08.2019 14:31
Azərbaycanda beş yaşlı qızın mədəsindən böyük saç kütləsi çıxarılıb.
Anews.az e-tibb.az-a istinadən bildirir ki, əməliyyat Bakıdakı klinikalardan birində, uşaq cərrahı, tibb üzrə fəlsəfə doktoru Toğrul Ömərov tərəfindən icra olunub. Cərrah Toğrul Ömərov e-tibb.az-a bildirib ki, 18 sm ölçüdə olan tük kütləsi (bezoar) bütün mədəni və 12 barmaq bağırsağı örtübmüş. Əməliyyatla kütlə tamamilə xaric olunub və hazırda azyaşlının vəziyyəti normaldır.
Həkimin sözlərinə görə, tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyirlər. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır. Bu kimi hallarda mütləq cərrahi müdaxilə, yəni tük kütləsinin çıxarılması mütləqdir.
T. Ömərov onu da deyib ki, vaxtında aşkarlandıqda, psixoloqlar tərəfindən kömək olunarsa, bu xəstəliyin qarşısı alınır. Əməliyyatdan sonra da xəstə pisxoloqun nəzarəti altına alınmalıdır.

Həkim qeyd edib ki, bu, daha çox qız uşaqlarında rast gəlinən problemdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol