• $
  • €
  • ₽
  • ₺
  • £

Bibilərindən erməni atalarını öldürən bacılara ittihamlar - VİDEO

Bibilərindən erməni atalarını öldürən bacılara ittihamlar - VİDEO
03.09.2019 18:29
Ötən ilin ən səs-küylü qətl hadisəsinin istintaqı başa çatmaq üzrədir.
Söhbət Moskvada yaşayan erməni ailəsində baş verən qətl hadisəsindən - 57 yaşlı Mixail Xaçaturyanın doğma qızları tərəfindən qətlə yetirilməsindən gedir.
Doğma atalarını qətlə yetirən qızların vəkili bildirib ki, ekspertiza atanın onlara qarşı fiziki və seksual xarakterli zorakılıq etdiyini sübuta yetirib.

Öldürülən şəxsin bacıları Naira və Marina isə bunun yalan olduğunu iddia edirlər. "Birbaşa efir" verilişinin studiyasında bacılar qəddar qətldən danışıblar. Eyni zamanda, Xaçaturyan ailəsinin arxivindən unikal kadrlar göstərilib.
Mərhumun bacısı Naira bildirib ki, bununla bacılar özlərini "sudan quru çıxarmaq" istəyiblər. O, qeyd edib ki, Mixail Xaçaturyan heç vaxt onları döyməyib, əksinə, ərköyün böyüdüb və istəklərini həyata keçirib.
Bundan başqa, Naira verilişin aparıcısı Andrey Malaxova bildirib ki, qardaşı həyat yoldaşı Aureliyanı evdən qovmayıb. Tərəflərin arasında münaqişənin səbəbi isə Sergeyin Mixailin oğlu olmaması ilə bağlı olub.
Mərhumun bacısı danışıb ki, Sergey dərslərdən qaçıb və narkotik maddə satmağa başlayıb. Xaçaturyan qızlarına görə narahat olduğu üçün oğlanı evdən qovub.
Naira qeyd edib ki, Sergey onun yanına gələrək bir neçə il onun evində yaşayıb. Əvvəlcə qadın narkotik maddələr barədə məlumatsız olsa da, sonradan bu məlumat öz təsdiqini tapıb.
Xaçaturyanın digər bacısı Marina bildirib ki, 2018-ci ilin 26 iyun tarixində qardaşıgildə qonaq olub. Onun sözlərinə əsasən, Mixail kefsiz olub və bildirib ki, qızları ilə bacara bilmir və buna görə də bacıları analarının yanına göndərmək istəyir.
Mərhumun bacıları həm də iddia edirlər ki, Xaçaturyan evdə olmadığı günlərdə bacılar özlərini pis aparıblar: 
"Mixail bir ay, iki ay səfərlərdə olurdu və evə qayıdanda başqa mənzərə ilə qarşılaşırdı. Qızların atasına deyirdilər ki, o, evdə olmayanda bacılar mənzildə seks və spirtli içki gecələri təşkil ediblər. Bu isə Xaçaturyanın xoşuna gəlmirdi və buna görə də əsəbiləşərək, qışqırıb dalaşa bilərdi".
Qonşu Valentina Bijbalova da verilişdə bildirib ki, heç kəsə belə övlad arzu etməzdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol