• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kollec şagirdləri inkubator aparatı hazırlayıb - VİDEO

Azərbaycanda kollec şagirdləri inkubator aparatı hazırlayıb - VİDEO
19.12.2019 21:17
Azərbaycan-Britaniya Kollecində ənənəvi bilik sərgisi keçirilib.

"Report” xəbər verir ki, sistem mövzusuna həsr olunan builki tədbirdə beynəlxalq və özəl məktəblərin şagirdləri olan gənc ixtiraçılar iştirak ediblər. 

Şagirdlər dərslərdə öyrəndikləri nəzəri bilikləri sərgidə praktiki olaraq həyata keçirmək imkanı qazanıblar və öz bacarıqlarını göstəriblər.

Sinif yoldaşı Cəmil Şabanovla birlikdə yeni kəşflərini nümayiş etdirən Cəmil Vəliyev iştirakçılara inkubator aparatını (cücə çıxaran aparat) təqdim edib.

C.Vəliyev deyib ki, aparatın içərisinə çox sayda yumurta düzərək 24 gündən sonra cücə əldə ediblər. O bildirib ki, cücələri sağlam şəkildə yetişdirmək üçün aparatın istilik dərəcəsini normaya uyğun olaraq quraşdırıblar. Cücə çıxarmaq üçün aparatın temperaturu 38 dərəcə, nəmliyi isə 60-70 faiz olmalıdır. 

Sərgidə cücələrin yumurtadan çıxana qədər olan dövrü özündə əks etdirən görüntülər də yayımlanıb. Eyni zamanda cücənin necə formalaşmasını göst
ərən məlumat lövhəsi də sərgi iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan-Britaniya Kollecinin şagirdləri Kembric imtahanına hazırlaşırlar. Bundan əlavə, şagirdlərin beynəlxalq yarışmalara getmək imkanları da var. Ona görə bu yarışmada qalib olan şagirdlər həm məktəbi, həm də ümumilikdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcəklər.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol