• $
  • €
  • ₽
  • ₺
  • £

ASAN Xidmət və Azəriqaz Göygöldə əhalini prezidentə qarşı qoyur - ŞİKAYƏT /FOTOLAR

ASAN Xidmət və Azəriqaz Göygöldə əhalini prezidentə qarşı qoyur - ŞİKAYƏT /FOTOLAR
22.12.2019 19:26
"ASAN Xidmət və Azəriqaz İstehsalat Birliyi mənə qarşı sayğac oyunu oynayır.  Bütün  sənədləri təqdim etməyimə və dövlət rüsumunu ödməyimə baxmayaraq hələdə evimə qaz çəkib sayğac quraşdırılmır", bunu Anews.az-ın elektron poçt ünvanına göndərdiyi şikayət məktubunda Göygöl rayon Quşqara kənd sakini  Elməddin Qənbərov bildirir. 

Qənbərov bildirir ki, yeni tikilmiş evinə qaz çəkdirmək istəyir, lakin Azəriqazın əməkdaşları onu süründürür. "Göygöl rayon Quşqara kəndində evimə qaz çəkdirmək üçün Gəncə ASAN xidmətə yaxınlaşdım. Qazın çəkilməsi və sayğacın quraşdırlması qaydası ilə tanış oldum. Tələb olunan sənədləri təqdim etdim. Bundan başqa öz hesabıma çəkdiyimə görə 262 manat dövlət rüsumu ödədim. Müəyyən sənədlərə imza atdım. Bundan sonra həmin qurumun əməkdaşı qazın çəkilməsi və sayğacın quraşdırılması 24 iş gününə başa gələcək və əməkdaşın dedikləri mənə təqdim etdilən sənədlərdə də qeyd edilmişdir. Bundan sonra məni hazır sənədlərimi sayğacların quraşdırılması həyata keçirən podratçı şirkətə göndərdilər. Həmin şirkətin əməkdaşı Vüsal Allahverdiyev  mənim sənədlərimi qəbul etdi, evimə baxış keçirdi. Hətta baxış keçirməyə gələndə 25 manat taksi pulu da aldı. Bir neçə gündən sonra zəng edərək qazın çəkilməsi və sayğacın quraşdırılması layihəsınin hazır olduğunu bildirdi. Sənəd qəbulundan 40 gün ötməsinə baxmayaraq sayğacı quraşdırmırdılar. Hər dəfə Vüsal Allahverdiyevə zəng edəndə Bakıdan sayğac gəlməyib deyərək işimi yubadırdı.   Buna baxmayaraq yenidən əsas qaz xəttindən sayğac quraşdılıracaq yerə qədər  öz vəsaitim hesabıma qaz borusunu çəkdirdim. Lakin sayğac quraşdırılmayıb deyə qazdan istifadə edə bilmirəm” -  deyə Qənbərov bildirir.

Qənbərovun sözlərinə görə,   2 ay keçdikdən sonra məsələ ilə podratçı şirkətin əməkdaşı Vüsal Allahverdiyevə,  ASAN Xidmətə və Azəriqaza zəng edib öz iradını bildirib.  Elə problem bundan sonra başlayıb. "Vüsal Allahverdiyev sayğac bağlamayacağını  və sənədlərimi geri göndərəcəyini bildirdi. Mənə maraqlı olan budur ki, evimə qaz çəkilməsi və sayğac quraşdırılması üçün hansı qurumlara müraciət etməliyəm? Bir sayğaca görə ölkə prezidentinəmi məktub ünvanlayım? Yerlədən oturan məmurlar bizi bu cür süründürməçilik etməklə ölkə başçısından narazı salırlar”.

Əldə etdiyimiz məlumata görə, sayğacların quraşdırılmasını həyata keçirən  podratçı şirkətin  əməkdaşı Vüsal Allahverdiyev bu cür analoji problemi sözügedən ərazidə əksər sakinlərə yaşadır. Evinə sayğac quraşdırılacaq sakinlərin hamısından 25 manat taksi pulu adı ilə rüşvət alır. Eyni məbləği sayğacı quraşdıran ustalar da alır.

Məsələ ilə bağlı ASAN Xdmət və Azəriqaz İstehsalat birliyi ilə əlaqə  yaratdıq.  Hər iki qurumun  məsələ ilə bağlı mövqeyi eyni oldu. Sözügedən dövlət qurumlardan bildirdilər ki, sayğacı bağlayan podratçı şirkət olduğuna görə, heç bir müdaxilə edə və onların qarşısında tələb qaldıra bilmirlər. "Vətəndaşın sənədini qəbul edib, dövlət rüsumu ödətdirib podratçı şirkətə niyə yönlədirərək insanlara zülm etdirirsiniz” sualımız isə cavabsız qaldı.
 
Məsələdən belə aydın oldu ki, Azəriqaz və ASAN Xidmət sayğacların bağlanması işini yerinə yetirən podratçı şirkət ilə əməkdaşlıq edir. Lakin həmin şirkət vətəndaşın evini sayğacla təmin edə və etməyə bilər. Bu hal heç bir məntiqə sığmır. Podratçı təşkilat Azəriqaz tərəfindən tender əsasında müəyyənləşdirilir və əgər öhdəsinə götürdüyü işi yerinə yetirə bilmirsə Azəriqaz onunla  əməkdaşlığı pozmalıdır. Bəs görəsən  bu halda nədən Azəriqaz podratçının yararsız işinə göz yumur? Düşünürük ki, bu suala cavabı Azəriqaz İB rəhbərliyi və hüquqmühafizə orqanları tapmalıdır. 
 
 

 
 
Zaur 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol