• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamalda narazılıq: Tikintiyə kim icazə verib? - VİDEO

Yasamalda narazılıq: Tikintiyə kim icazə verib? - VİDEO
06.01.2020 20:53
Yasamal rayonu Zahid Xəlilov küçəsində obyekt tikintisinin başlanılması 54 nömrəli binada yaşayan sakinləri ayağa qaldırıb.
Sakinlərin sözlərinə görə, beşmərtəbəli binaya demək olar ki, bitişik tikilən obyekt onların həm gediş-gəlişinə maneə yaradacaq, həm də evlərinə günəş işığının düşməsinə əngəl olacaq. Bununla da binada nəmlənmə baş verəcək.
Ərazidə obyekt tikən iş adamı Hünər Muradovun köməkçisi, icraçı Cavid Seyidli isə tikinti üçün rəsmi şəkildə icazə alındığını deyərək sakinlərin şikayətini əsassız hesab etdi:
"Biz orda icazəsiz heç bir iş aparmırıq. Bütün sənədlərimiz qaydasındadır. Sakinlərin dediyi kimi dörtmərtəbəli obyekt yox, ikimərtəbəli iaşə obyekti tikəcəyik”.
Yasamal Rayon İcra Hakiminin birinci müavini Elçin Rzayev isə bizə mühafizə vastəsi ilə cavab göndərərək bildirdi ki, bu işlə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məşğul olur.
Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən verilən cavab isə belə oldu:
"Zahid Xəlilov, 54 ünvanında iş aparan Hünər Muradov adlı şəxsin Bakı Şəhər İcra Hakimiyyəti ilə həmin ərazi ilə bağlı icarə müqaviləsi sənədi var. Sakinlərin şikayəti ilə bağlı məsələ yenidən araşdırılacaq”.
Araşdırmanın nəticəsini isə Yasamal sakinləri kimi Baku.TV də diqqətdə saxlayacaq.
 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol