• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədəki uşaq evindən daha bir qalmaqallı GÖRÜNTÜ – Uşaqlar döyülür? – VİDEO

Gəncədəki uşaq evindən daha bir qalmaqallı GÖRÜNTÜ – Uşaqlar döyülür? – VİDEO
25.01.2020 17:18
Gəncə şəhəri 20 Yanvar küçəsində yerləşən kimsəsiz uşaqlar evi ilə əlaqədar daha bir qalmaqallı görüntülər yayımlanıb.

Yeniavaz.com xəbər verir ki, yayılan görüntülərdə oradakı uşaqlardan birinin döyüldüyü iddia edilib. Sözügedən görüntü Gəncə şəhər sakini Orxan Sarıyev çəkib. O, saytımıza açıqlamasında sözügedən uşaq evində uşaqlara baxılmadığını bildirdi:

"Bir neçə ay öncə çəkilib bu görüntülər. Həmin vaxt Kəmalə Ağazadəyə göndərildi video, amma heç bir nəticəsi olmadı. Daha sonra Zaur Baxışəliyev və Kamil Zenallıya göndərildi onlar məsələyə baxdılar. Uşaq evinin indi görüntü olaraq rənglənməyinə, gözəlləşməyinə baxmayın. Onların ilk öncə işçiləri dəyişdirilməlidir. Dəfələrlə orada olmuşam, uşaqlara baxılmır, onların bezləri gec-gec dəyişdirilir, uşaqlar bir-birilərini döyürlər işçilər buna nəzarət eləmir, yeməklər uşaqlara çatmır, geyimləri demək olar ki, yoxdur. Bundan başqa uşaqlar xəstədir, onlara dərman verilmir. Hansı birini deyəsən... Bütün Gəncə sakinləri burdakı vəziyyətin şahididir”.

Məsələ ilə bağlı kimsəsiz uşaqlar evinin direktoru Lətifə Kərimova ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında uşağın işçilər tərəfindən döyüməsi məsələsinin doğru olmadığını bildirdi: "Uşaq döyülməyib. Sadəcə uşaq oynayan zaman yıxılıb başı yatağa dəyib. Həmin vaxtı özüm də burda olmuşdum. O, uşağı da başqa uşaq itələmişdi. Həmin vaxtı uşağın alnına lazımi dərmanları da vurulmuşdu. Sadəcə biraz gec sağaldı yarası. Hal-hazırda vəziyyəti yaxşıdır. Uşaqların döyülməsi halı heç vaxt olmayıb”.
 
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol