• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Onkoloji Mərkəzin mühafizə xidmətinin rəisi jurnalistlərə təzyiq göstərdi - VİDEO

Milli Onkoloji Mərkəzin mühafizə xidmətinin rəisi jurnalistlərə təzyiq göstərdi - VİDEO
04.02.2020 21:24
Bu gün dünyada Onkoloji xəstəliklərlə mübarizə günü kimi qeyd edilir. Biz də Anews.az saytı olaraq bu tarixlə bağlı reportajımızı Milli onkoloji mərkəzin qarşısından, ölkəmizdə dünya standartlarına cavab  verən belə bir tibb ocağının olduğunu söyləməklə başlamağa hazırlaşmışdıq.  Amma sən saydığını say, gör çərxi fələk nə sayır. Görünür özünü nəinki xəstəxana daxilində , həm də xaricində ağa hesab edən mərkəzin mühafizə xidmətinin rəhbəri bütün planlarımızı alt-üst etdi. Xəstəxananın   binasına, hətta həyətinin ərazisinə daxil olmaq istəyimiz belə olmadığı təqdirdə mühafizə xidmətinin rəhbəri müxbirlərimizə qarşı kobudluq edərək Mərkəzin darvazasının qarşısında  dayanmağı belə qadağan edib. 
 
KİV haqqında qanunu pozduğunu, jurnalıistlərin fəaliyyətini məhdudlaşdırmağa cəhd etdiyini dərk etməyən mühafizə rəhbəri hətta  müxbirlərimizi məhkəməyə verməklə hədələyib.  
 
Onu da qeyd edək ki, çəkiliş etmək üçün  müxbirlərimiz Səhiyyə Nazirliyinin mətbuat xidmətindən icazə alıb və  xidmətin əməkdaşı Elvin Hacıyev bildirib ki, xəstəxananın içərisində çəkiliş etmirlərsə heç  bir icazəyə  ehtiyac yoxdur. Amma mühafizə xidmətinin rəhbəri mərkəzin qapısına vurulan lövhə ilə xəstəxananın içinin eyni olmadığını  deyəsən qarışdırıb. Adı çəkilən lövhəni reklam adlandıran rəis  nazirliyin mətbuat xidməti əməkdaşının  sözünu saymırsa onda nazirlik o xidməti görəsən niyə saxlayır?
 
Jurnalistlərə qarşı bu qədər kobudluq edən mühafizəçi görəsən xəstələrlə necə davranır? Güman edirik ki, ilk növbədə Səhiyyə Nazirliyi, daha sonra isə uyğun təşkilatlar mühafizə rəisi ilə bağlı ölçü götürəcək və həmin şəxs bundan sonra ölkə qanunlarını pozmaq kimi özbaşınalığa yol verməyəcəkdir.
 
Azərbaycan qanunvericiliyinə görə, mühafizə xidmətinin rəisi ictimai fiqur sayıldığından onun əməllərini olduğu kimi videoya çəkərək mühakimənizə təqdim edirik: 

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol