• $
  • €
  • ₽
  • ₺
  • £

“Sovetski”də də “müharibə” gedir - FOTOLAR

“Sovetski”də də “müharibə” gedir - FOTOLAR
04.08.2014 12:19
Bakının “Sovetski” adlanan ərazisində söküntü işləri yenidən gərginliyə səbəb olub. 
AzNews.az xəbər verir ki, bu gün səhər saatlarında dövlət tərəfindən ödənilən kompensasiyanın məbləği ilə razılaşmayan bir neçə sakinin evinin sökülməsinə edilən cəhdlər sakinləri ayağa qaldırıb. “Sovetski” sakinlərinin saytımıza verdiyi məlumata görə, söküntü işlərini aparmaq istəyən şəxslərlə onlar arasında qarşıdurma yaranıb. Nəticədə əraziyə polis əməkdaşları çağırılıb. Sakinlərlə danışıqlardan sonra məsələnin Yasamal Rayon İcra Hakimiyyətində yenidən müzakirə olunması barədə razılıq əldə edilib. Vətəndaşlar isə əraziyə yeridilmiş ekskavatorların və digər texnikanın çıxarılacağı təqdirdə danışıqlara gedəcəklərini bildiriblər. Nəticədə söküntü işlərini aparan şəxslər texnikanı ərazidən çıxarmağa məcbur olublar. 
Sakinlərin bildirdiyinə görə, əraziyə gələn icra nümayəndələri sakinlərin sularını kəsilməsi barədə göstəriş verib. Və bu göstəriş dərhal icra edilib. Hazırda həmin əraziyə gələn su xətləri kəsilərək yola buraxılıb. 
Eyni zamanda kanalizasiya boruları da xətdən ayrılıb. Bununla da ərazidə dözülməz bir vəziyyət yaranıb. 
Ərazidən çəkilmiş son söküntülərin fotolarını təqdim edirik: 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol