• $
  • €
  • ₽
  • ₺
  • £

Məcburi köçkünlər etiraza qalxdı - FOTOLAR+VİDEO

Məcburi köçkünlər etiraza qalxdı - FOTOLAR+VİDEO
28.07.2014 15:35
Qaradağ rayonu Müşfiqabad qəsəbəsində bir qrup məcburi köçkün yaşadıqları binanın qarşısında ticarət obyektlərinin tikilməsinə etiraz ediblər.Axar.az xəbər verur ki, sakinlərin narazılığına səbəb, binalarının qarşısında istirahət üçün nəzərdə tutulmuş yaşıllıqların məhv edilməsi və yerində obyekt tikilməsidir.Artıq tikiləcək obyektlərdən bəzilərinin bünovrəsi qazılıb, bəzilərinin isə yeri işarələnib.Hətta sakinlərin dayanacaq kimi istifadə etdikləri yerdə də ticarət obyekti tikilib. Etirazçıların sözlərinə görə, yaşıllıqları məhv etmək üçün MİS nümayəndələri parkın suvarma sistemini bağlayıb, ağacları qurutmağa çalışırlar. Sakinlər deyir ki, dəfələrlə imza toplayıb Mənzil İstismar Sahəsinə və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsələr də, cavab ala bilməyiblər. Heç bir qurum məsələni öz üzərinə götürməyib.Qəsəbə sakini Nurlan Əliyev, onlara qarşı edilən haqsızlıqları ictimailəşdirərək problemə aidiyyatı dövlət qurumlarının diqqətini cəlb etmək istədiklərini bildirib: "Yaşadığımız binanın düz qarşısında obyektlər tikilir. Ancaq o ərazi bina sakinlərinin istirahəti üçün nəzərdə tutulub. Burada yüzdən çox uşaq var. Onlar həyətə düşəndə oynamağa yer tapmayacaqlar. İstirahət üçün qoyulan oturacaqlar bir gecədə yığışdırılıb, satılıb. 50-dən çox ağac kökündən çıxarılıb, qalanları da məqsədli şəkildə məhv edilir".Nurlan Əliyevin dediyinə görə, məqsəd bu yaşıllığın yerində sıra ilə obyektlər tikib istifadəyə verməkdir: "Ancaq buna kim icazə verib bilmirik. Heç kim bu qanunsuzluğa dur demir. Özbaşınalıq baş alıb gedir".Sakinlər bu hadisələrin başında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Pənah adlı şəxsin durduğunu bildirirlər. Ancaq onun kim olduğunu şikayətçilər də bilmir.Apardığımız müşahidələrdən bəlli oldu ki, hətta binadakı boş mənzillər də "gözəllik salonu, dərzi, geyim dükanları" kimi istifadə edilir. Sakinlər binanın zirzəmilərinin də tamamilə satılaraq özəlləşdirildiyini deyirlər.

Nurlan Əliyev deyir ki, imza toplayıb aidiyyatı qurumlara müraciət ediləcək, əgər şikayətə baxan olmasa, yaxın günlərdə etiraz edib yolu bağlamağı düşünürlər: "Nəyin bahasına olursa olsun, binanın qarşısında tikinti aparılmasına imkan verməyəcəyik".

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol