• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik Səbinə Kətanovaya "190 manat" verənləri yox, alanı günahlandırır

Nazirlik Səbinə Kətanovaya "190 manat" verənləri  yox, alanı günahlandırır
28.05.2020 23:10
Özünü vayner kimi təqdim edən Səbinə Kətanovanın 190 manatlıq birdəfəlik ödəmə üçün müraciət etməsi və istəyinə nail olması  cəmiyyətdə birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə bahalı həyat tərzi ilə diqqətləri öz üzərinə çəkməyə çalışan Kətanova buna görə onu qınayanları sərt şəkildə cavab verib, hətta təhqiramiz ifadələr işlədib.  

 Səbinənin rəsmi olaraq işsizlik və digər meyarlara görə bu hüququndan istifadə etməsində qeyri-adi heç nə yoxdur. Cəmiyyətdə qıcıq yaradan onun 190 manat təyin olunduqdan sonra etdiyi davranışlardır.

Belə ki, o,  40-50 min manat civarında olan lüks avtomobilində çəkdirdiyi şəkli paylaşarkən "190 manat alanda mən" yazıb. 
 

 
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov imkanlı şəxsə 190 manat müavinatın verilməsinə münasibət bildirərək  Facbook səhifəsində yazıb ki, müraciətlərə baxılması müxtəlif dövlət orqanlarına məxsus e-informasiya sistemləri üzərindən həyata keçirilib. Müraciət edənlərin birdəfəlik ödəmə almaq hüququna baxılarkən, yalnız bu bazalardakı məlumatlara istinad edilib, onların maddi-məişət şəraitinin əyani müayinəsi aparılmayıb.
 
Onun sözlərinə görə, Səbinə Kətanovanın birdəfəlik ödəmə ilə bağlı müraciətinə baxılarkən də e-bazalarda onun adında heç bir əmlak, avtomobil və s. olduğu müəyyən edilməyib.

Nazirlik rəsmi həmçinin deyib ki,  ödəmə alanların Siyahısının Nazirlik tərəfindən açıqlanması ictimai aşkarlığa önəm verilməsi məqsədi daşıyır və bununla nazirlik  bu müavinata layiq olmayanları  ictimai qınağa çəkmək istəyir. 
 
Sonda nazirlik sözçüsü,  ehtiyacı olmadan birdəfəlik ödəməni aldığına görə qınayırb. 
 
Bununla yanaşı Fazil Talıbov, redaksiyamıza da müraciət edən və dövlətin ayırdığı 190 manatlıq müavinata gerçəkdən ehtiyacı olmasına baxmayaraq insanlara rədd cavabı verən, Səbinə Kətanova kimi imkanlı şəxsə isə bunu ayıran nazirlik məmurlarının hərəkətinə qiymət verməyib. Fazil Talıblı, bu kimi problemlərin baş verməməsi üçün nazirliyin nə kimi tədbirlər görəcəyindən və ümumiyyətlə nə isə edəcəyindən danışmayıb.  
 
 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol