• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücü yol polisini kameraya çəkə bilər? - VİDEO

Sürücü yol polisini kameraya çəkə bilər? - VİDEO
17.07.2014 14:27
Sosial şəbəkələrdə yol polisi ilə sürücünün mübahisəsini əks etdirən daha bir video yayılıb. ANS PRESS-in məlumatına görə, “Facebook”da yayılan videoda aydın görünür ki, yol polisi tərəfindən saxlanılan sürücü qanunları və hüquqlarını hüquq-mühafizə orqanı əməkdaşından daha yaxşı bilir.Videoda Rusiya vətəndaşının Azərbaycan ərazisindən keçərkən yol polisi tərəfindnə saxlanılması əks edilib. Video görüntü elə saxlanılan sürücünün avtomobilindəki müşahidə kamerası vasitəsilə çəkilib.Yol polisi saxladığı sürücüdən sənədlərini alır. Daha sonra sürücünün avtomobildəki müşahidə kamerasını söndürməsini tələb edir. Lakin sürücü bu tələbə etirazını bildirib, çəkilişin onun hüququ olmasını xatırladır. Daha sonra polis sürücüdən maşından enməyi tələb edir. Sürücü də eyni zamanda bu tələbin qanunsuz olduğunu deyir. Həmin sürücü polisin bölməyə dəvətini də qəbul etmir.Mübahisə zamanı sürücü polisə sübut edir ki, onu haqsız yerə saxlayıb. Daha sonra yol polisi onun qonaq olmasını əsas gətirərək qayda pozan sürücünü buraxır.Yayılan videoda yaranan bəzi suallara cavab tapmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. Polis rəsinin ANS PRESS-ə verdiyi məlumata görə, əslində sürücünün avtomobilində müşahidə kamerasının olmasında heç bir problem yoxdur. Lakin bu o demək deyil ki, vətəndaş həmin çəkilişdən istifadə edərək yol polisinə təzyiq göstərməlidir.“Müşahidə kamerası ilə çəkiliş xidmət göstərən yol polisinin fəaliyyətinə mənfi təsir göstərməməlidir. Əgər vətəndaş çəkilişlə polisi şantaj edirsə, bu qanunsuz əməldir”, - deyə Kamran Əliyev bildirdi.Qurum rəsmisinin sözlərinə görə, yol polisinin tam ixtiyarı var ki, sürücünü maşından düşürsün. Hətta zərurət yarandığı anda polis sürücünü polis idarəsinə, yaxud məntəqəyə dəvət edə bilər. Əgər lazım olarsa, yol polisi müşahidə kamerası ilə çəkilən videoya da baxa bilər.Bundan əlavə, videodan göründüyü kimi yol polisi qayda pozan sürücünü qeyri-şərtsiz, qonaq olduğu üçün buraxır. Bu məsələyə aydınlıq gətirən Kamran Əliyevin sözlərinə görə, sürücün vətəndaşı cərimə etmədən xətasını başa sala bilər.“Bəzən sürücüyə yol verdiyi inzibati xətanı başa sala bilər. Onu tənbeh edir, cərimə yazmadan yola sala bilər. Bu bəzən vətəndaşa bir daha həmin qayda pozuntusuna yol verməməsinə səbəb olur”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol