• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana turist axını 3 dəfədən çox azalıb

Azərbaycana turist axını 3 dəfədən çox azalıb
16.09.2020 23:30
Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 649,7 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Anews.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda deyilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanla qonşu ölkələr arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-avqust aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə ilə həyata keçirilib.

Bu dövrdə ölkəmizə gələnlərin 28,6%-i Rusiya, 25,6%-i Gürcüstan, 17%-i Türkiyə, 7,8 %-i İran, 2,1%-i Ukrayna, 1,9%-i Hindistan, 1,8%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,2% olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qazaxıstan, hər birindən 1,1% olmaqla Küveyt və Türkmənistan, 0,9%-i Böyük Britaniya, 0,8%-i İraq, hər birindən 0,7% olmaqla Özbəkistan və Belarus, 0,6%-i İsrail, 5,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i  isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 77,9%-ni kişilər, 22,1%-ni qadınlar təşkil edib.

Son 1 ildə turist axını Çindən 11,7 dəfə, Cənubi Koreyadan 10,6 dəfə, İsraildən 7,9 dəfə, Polşadan 7,6 dəfə, Yaponiyadan 7,5 dəfə, İraqdan 7,4 dəfə, Səudiyyə Ərəbistanından 7,2 dəfə, Macarıstandan 6,4 dəfə, Omandan və  BƏƏ-dən 6 dəfə, Kanadadan və ABŞ-dan 5,7 dəfə, Fransadan 5,5 dəfə, Qətərdən 4,9 dəfə, Almaniyadan və Niderlanddan 4,8 dəfə, Böyük Britaniyadan 4,6 dəfə, Türkmənistandan 4,5 dəfə, Qazaxıstandan 4,2 dəfə, İtaliyadan 4,1 dəfə azalıb.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,2 dəfə azalaraq 18,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 dəfə azalaraq 88,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 dəfə azalaraq 225,6 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8%-i dəmir yolu və avtomobil, 29,1%-i hava, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib. 
2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 3,6 dəfə azalaraq 1 034,3 min nəfər olub. Ölkə vətəndaşlarının 31,8%-i İrana, 28,5%-i Gürcüstana, 19,9%-i Rusiyaya, 11,7%-i Türkiyəyə, 8,1%-i digər ölkələrə səfər edib. Gedənlərin 69,9%-ni kişilər, 30,1%-ni qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,1 dəfə, Türkiyəyə  gedənlərin sayı 3,6 dəfə, Gürcüstana gedənlərin sayı 3,7 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 3,2 dəfə azalıb.

2020-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 78,6%-i dəmir yolu və avtomobil, 19,1%-i hava, 2,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol