Xaçmazda FACİƏ- Kürəkən qayınana və qayınatasını güllələdi

Xaçmaz rayonununda qətl hadisəsi baş verib.
Anews.az reporta istinadla bildirir ki, rayonun Ləcət kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qaynatasına atəş açıb.
1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə yerində ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırııb, vəziyyəti ağır qiymətləndirilir.
www.anews.az
























