Alma yığan qadını maşın vurub öldürdü

Qubada alma yığan qadını maşın vurub.
Anews.az-ın verdiyi xəbərə görə, qəza Quba-Xaçmaz yolunun Alekseyevka kənd ərazisində baş verib.
Şahidlərin sözlərinə görə, qəza nəticəsində ölən qadın Qubanın Amsar kəndindən Alekseyevka kəndinə alma yığmağa gəlibmiş.
Faktla bağlı araşdırma aparılır
www.anews.az
























