• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağda əhalinin çölə çıxmasına qadağa qoyulub

Dağlıq Qarabağda əhalinin çölə çıxmasına qadağa qoyulub
27.09.2020 14:59
Azərbaycan ordusunun erməni təxribatının qarşısının alınması ilə bağlı həyata keçirdiyi əks-hücumdan qorxuya düşən qondarma rejimin "hökuməti” tərəfindən yerli əhalinin çölə çıxmamağı ilə bağlı göstəriş verilib, sığınacaqlara yığışmaları tapşırılıb.
Bununla yanaşı, Xankəndi şəhərində səhər saatlarında elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb, həmçinin Xankəndi və Ermənistana gedən yollar əhalinin tərk edə bilməməsi üçün bağlanılıb. 

Hazırda Xankəndi şəhərinin küçələri mülki şəxslərdən tam təmizlənib və küçələrdə yalnız hərbi texnikanın intensiv hərəkəti müşahidə olunur. 
Məlumata görə, könüllülərin cəlb olunmasına qərar verilib və bu istiqamətdə işlərə başlanılıb. Xankəndi və Ermənistan arasında avtomobil nəqliyyatı ilə hərəkət tam dayandırılıb. 
Yerli əhali arasında gərginliyin yalnız rəsmi Moskvanın müdaxiləsi ilə həll oluna biləcəyi barədə söhbətlər gəzir. Xankəndi şəhərində atəş davam edir və döyüşlər artıq 5 saata yaxındır ki, əsasən cəbhə bölgəsində aparılır. Bununla yanaşı qondarma rejim "hökuməti” bu barədə ATƏT-i məlumatlandırıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol