• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsu” cəbhəyanı bölgələrdə gücləndirilmiş iş rejiminə keçdi

“Azərsu” cəbhəyanı bölgələrdə gücləndirilmiş iş rejiminə keçdi
03.10.2020 19:30
"Ölkənin cəbhəyanı bölgələrində suyun verilməsində heç bir problem yoxdur. Bütün qurğularımız, su artizan quyularımız tam qaydasındadır”.

 Bu barədə anews.az-a "Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, cəbhəyanı bölgələrdə növbətçilik sistemi təmin edilib və su kanal idarələri, rayon su kanal sahələri 24 saat tam nəzarətdədir: "Bu günə qədər sözügedən ərazilərdə heç bir problem qəydə alınmayıb. Mərkəzi aparatda isə Operativ Qərargah yaratmışıq. Hər gün "Azərsu” ASC-nin sədr müavinlərindən biri Operativ Qərargaha rəhbərlik edir".

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri cəbhəyanı bölgələrdə mülki əhalini, yaşayış məskənlərini atəşə tutur. Ermənilərin atəşi nəticəsində indiyədək 16 mülki şəxs həlak olub. İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 163 yaşayış evinə, həmçinin, 36 mülki obyektə külli miqdarda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol