• $
  • €
  • ₽
  • ₺
  • £

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
03.10.2020 12:46
Oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı,  gecəyə doğru isə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz  22-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz  olacaq.  

Oktyabrın 4-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı,  intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 14-18, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz  9-13 dərəcə  isti olacaq.   

Milli Hidrometeorologiya Xidmətindən həmçinin xəbərdarlıq yayıb.

Bildirilib ki, oktyabrın 4-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol