• $
  • €
  • ₽
  • ₺
  • £

Polisdən əhaliyə XƏBƏRDARLIQ: “Hər bir evin qarşısına polis qoya bilmərik”

Polisdən əhaliyə XƏBƏRDARLIQ: “Hər bir evin qarşısına polis qoya bilmərik”
03.12.2020 11:00
"Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib”.

Bu barədə Anews.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxt ərazisində, eləcə də bölgələrdə aktiv koronavirus xəstələrinin sərbəst hərəkətinə icazə verilmir:

"COVID-19 xəstəliyi ilə əlaqədar analiz nəticələri pozitiv çıxan bütün şəxslərlə bağlı ərazi polis orqanlarına dərhal məlumat verilir. Koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı, ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

Ötən gün tərəfimizdən küçədə 27 nəfər COVID-19 xəstəsi müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Və bu şəxslər polis tərəfindən ictimai yerlərdə müəyyən olunub ki, onların ünsiyyətdə olduğu hər bir şəxs istintaq araşdırmaları zamanı yoxlanılacaqlar. Görünən odur ki, tək bir gündə 27 nəfərin məsuliyyətsiz davranışı, cəmiyyət üçün nə qədər təhlükəlidir. Hər bir evin qarşısına bir polis postu qoyula bilməz, dünyada belə təcrübə yoxdur. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Zorakılığa qarşı birləşək - Ombudsman
Cəmiyyət 10:13
Zorakılığa qarşı birləşək - Ombudsman
Lənkəranın 7 kəndində işıq olmayacaq
Cəmiyyət 10:04
Lənkəranın 7 kəndində işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol