• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov: Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb

Ceyhun Bayramov: Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb
24.11.2026 19:04

Hazırda dünyanın 16 ölkəsi Azərbaycandan təbii qaz alır. Onlardan 10-u Avropa İttifaqına üzv ölkələrdir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat üçün brifinqdə deyib.

Nazir bildirib ki, Azərbaycan və Gürcüstanın iştirakı ilə həyata keçirilən enerji layihələri yalnız iki ölkə üçün deyil, daha geniş coğrafiyanın enerji təchizatı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Bayramov qeyd edib ki, bu layihələr arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri xüsusi yer tutur. Onun sözlərinə görə, bu kəmər vasitəsilə Azərbaycan nefti çoxsaylı ölkələrə, o cümlədən Avropa bazarlarına çatdırılır.

Bayramov bildirib ki, 2020-ci ilin sonunda tamamlanan Cənub Qaz Dəhlizi vasitəsilə 2021-ci ildən Azərbaycan qazının Avropa bazarına nəqli başlanıb. İlkin mərhələdə İtaliya, Yunanıstan və Bolqarıstana qaz tədarükü həyata keçirilib, sonradan interkonnektorlar vasitəsilə digər Avropa ölkələri də bu təchizata qoşulub.

O, bu ilin əvvəlindən Almaniya və Avstriyanın da Azərbaycan qazı alan ölkələr sırasına daxil olduğunu diqqətə çatdırıb.

Nazir enerji əməkdaşlığının yeni istiqaməti kimi alternativ və bərpaolunan enerji layihələrini də qeyd edib. Bildirib ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanan dördtərəfli sənəd çərçivəsində yaşıl enerjinin ixracı nəzərdə tutulur.

Bayramov, həmçinin Xəzər dənizi-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin əhəmiyyətini vurğulayıb. Layihə çərçivəsində Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi, enerjinin Rumıniya sahillərinə, oradan isə Macarıstan və digər Avropa ölkələrinə ötürülməsi planlaşdırılır.

Nazir bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırılması başa çatıb və ilkin qiymətləndirmələr onun maliyyə baxımından əlverişli olduğunu göstərir. O əlavə edib ki, Azərbaycan və Gürcüstanın iştirakı ilə həyata keçirilən enerji layihələri Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maka Boçorişvili: Azərbaycan və Gürcüstan sərhədlərin delimitasiyası üzrə işi davam etdirir
Siyasət 19:08
Maka Boçorişvili: Azərbaycan və Gürcüstan sərhədlərin delimitasiyası üzrə işi davam etdirir
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın potensialından tam istifadə olunmasına dəstək verəcək
Siyasət 18:55
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın potensialından tam istifadə olunmasına dəstək verəcək
Maka Boçorişvili: Bakı-Tbilisi-Qars dəmir yolu regional əlaqəliliyin güclənməsinə töhfə verəcək
Siyasət 18:52
Maka Boçorişvili: Bakı-Tbilisi-Qars dəmir yolu regional əlaqəliliyin güclənməsinə töhfə verəcək
Maka Boçorişvili: Azərbaycanla strateji tərəfdaşlığın gündəliyi zəngindir
Siyasət 18:49
Maka Boçorişvili: Azərbaycanla strateji tərəfdaşlığın gündəliyi zəngindir
Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan münaqişələrin diplomatik yolla həllini dəstəkləyir
Siyasət 18:45
Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan münaqişələrin diplomatik yolla həllini dəstəkləyir
Ceyhun Bayramov: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsi başa çatıb
Siyasət 18:40
Ceyhun Bayramov: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsi başa çatıb
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji sahəsində yeni layihəyə başlayır
Siyasət 18:38
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji sahəsində yeni layihəyə başlayır
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 9 ayda 900 milyon dolları ötüb
Siyasət 18:35
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 9 ayda 900 milyon dolları ötüb
Azərbaycan və Gürcüstan arasında 145 sənəd qüvvədədir, daha 18 sənəd üzərində iş aparılır
Siyasət 18:32
Azərbaycan və Gürcüstan arasında 145 sənəd qüvvədədir, daha 18 sənəd üzərində iş aparılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox