• $
  • €
  • ₽
  • ₺
  • £

Maka Boçorişvili: Azərbaycanla strateji tərəfdaşlığın gündəliyi zəngindir

Maka Boçorişvili: Azərbaycanla strateji tərəfdaşlığın gündəliyi zəngindir
24.11.2026 18:49

Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından bu il yüksək səviyyəli siyasi dialoqla əlamətdar olub.Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat üçün brifinqdə deyib.

O bildirib ki, Azərbaycanla münasibətlərin gündəliyinin müzakirəsi və strateji tərəfdaşlığın gələcək inkişafı məqsədilə ilin sonunadək Bakıya rəsmi səfər etmək onun üçün xüsusi əhəmiyyət daşıyır.

Nazir qeyd edib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirib, Baş nazir Əli Əsədovla da görüşü nəzərdə tutulub.

M.Boçorişvilinin sözlərinə görə, cari il ərzində iki ölkə arasında yüksək səviyyəli təmaslar intensiv olub. Bu çərçivədə Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri və Gürcüstan Baş nazirinin may ayında Azərbaycana səfəri ikitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

O, həmçinin Azərbaycanın nümayəndə heyətinin Gürcüstanın Siğnaği şəhərində keçirilən Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasında iştirakını qeyd edib.

Nazir vurğulayıb ki, iki ölkə arasında müntəzəm siyasi dialoq, məlumat mübadiləsi və yeni təşəbbüslərin müzakirəsi strateji tərəfdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın potensialından tam istifadə olunmasına dəstək verəcək
Siyasət 18:55
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın potensialından tam istifadə olunmasına dəstək verəcək
Maka Boçorişvili: Bakı-Tbilisi-Qars dəmir yolu regional əlaqəliliyin güclənməsinə töhfə verəcək
Siyasət 18:52
Maka Boçorişvili: Bakı-Tbilisi-Qars dəmir yolu regional əlaqəliliyin güclənməsinə töhfə verəcək
Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan münaqişələrin diplomatik yolla həllini dəstəkləyir
Siyasət 18:45
Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan münaqişələrin diplomatik yolla həllini dəstəkləyir
Ceyhun Bayramov: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsi başa çatıb
Siyasət 18:40
Ceyhun Bayramov: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsi başa çatıb
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji sahəsində yeni layihəyə başlayır
Siyasət 18:38
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji sahəsində yeni layihəyə başlayır
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 9 ayda 900 milyon dolları ötüb
Siyasət 18:35
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 9 ayda 900 milyon dolları ötüb
Azərbaycan və Gürcüstan arasında 145 sənəd qüvvədədir, daha 18 sənəd üzərində iş aparılır
Siyasət 18:32
Azərbaycan və Gürcüstan arasında 145 sənəd qüvvədədir, daha 18 sənəd üzərində iş aparılır
Bayramov gürcüstanlı həmkarı ilə görüşüb
Siyasət 17:18
Bayramov gürcüstanlı həmkarı ilə görüşüb
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Siyasət 16:45
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox