• $
  • €
  • ₽
  • ₺
  • £

FHN güclü küləklə bağlı əhaliyə müraciət edib

FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
24.11.2026 16:19

Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 25-də gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Nazirlik güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən və hündür ağaclardan uzaq durmağı tövsiyə edib.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, noyabrın 25-də ölkə ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Güclü külək əsəcək, bəzi ərazilərdə intensiv yağış yağacaq, şimşək çaxacaq, ayrı-ayrı dağ çaylarından qısamüddətli sel və daşqın keçəcək.

FHN güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəklərinin və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamağı tövsiyə edib.

Nazirlik həmçinin küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsinin və kiçikhəcmli gəmilərin dənizə çıxmamasının vacibliyini vurğulayıb.

Müraciətdə intensiv yağıntılar nəticəsində yarana biləcək sel, daşqın və subasma təhlükəsinə qarşı da xəbərdarlıq edilib. Vətəndaşlara təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq və xilasedicilərin göstərişlərinə əməl etmək tövsiyə olunub.

FHN ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmağı, telefonla danışmamağı, açıq havada elektrik xətlərindən, ildırımötürücülərdən və hündür ağaclardan uzaq durmağı məsləhət görüb. Avtomobildə olanlara isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırımın bitməsini gözləmək tövsiyə edilib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol