• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin

24.11.2026 13:16

Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycanda maraqların toqquşmasına qarşı mübarizənin yalnız qanunvericiliklə məhdudlaşmamalı, idarəçilik fəlsəfəsinin dəyişməsinə də xidmət etməli olduğunu açıqlayıb.

Deputat parlamentdə çıxışı zamanı deyib ki, cəmiyyətdə hüquqi dildə maraqların toqquşması adlandırılan problem qohumbazlıq, dostbazlıq və yerlibazlıq kimi təzahür edir.

Onun sözlərinə görə, bəzi hallarda bir şəxsin vəzifəyə təyin olunması onun qohum və dostlarının da karyera yüksəlişinə şərait yaradır, qurumda uzun illər çalışan peşəkar əməkdaşlar isə sıxışdırılır və hətta işdən ayrılmağa məcbur edilirlər.

“Bir insanın vəzifəyə gəlməsi niyə başqa onlarla insanın karyerasının sonu olmalıdır? Dövlət qurumu rəhbər dəyişdikcə niyə öz peşəkar kadrlarını itirməlidir?” – deputat sual edib.

Razi Nurullayev vurğulayıb ki, məsələ məmurların qohumlarının vəzifəyə təyin edilməsinin qadağan olunması deyil, həmin şəxslərin vəzifəyə öz bilik və bacarıqları, yoxsa qohumlarının səlahiyyətləri hesabına gəlməsidir.

Deputat bildirib ki, qanun cəmiyyətdə geniş yayılmış “Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən” düşüncəsinin dəyişməsinə də töhfə verməlidir.

“Gənc öz diplomuna, biliyinə və zəhmətinə inanmalıdır, atasının telefon kitabçasına yox”, – o qeyd edib.

Onun sözlərinə görə, qohumbazlığın zərəri yalnız iqtisadi deyil, həm də mənəvi və psixolojidir. Belə hallar insanların dövlətə, ədalətə və gələcəyinə inamını azaldır, bacarıqlı kadrların ölkədən getmək istəyini gücləndirir.

Deputat maraqların toqquşmasının digər tərəfinə də diqqət çəkib. O bildirib ki, problem yalnız kiməsə qanunsuz üstünlük verilməsi deyil, şəxsi münasibətlər zəminində kiminsə qanuni hüquq və imkanlardan məhrum edilməsidir.

“Dövlət məmuru öz dostuna da, öz rəqibinə də eyni qanunla yanaşmağı bacarmalıdır”, – Razi Nurullayev vurğulayıb.

O əlavə edib ki, dövlət qurumları heç kimin ailə müəssisəsi, dostlar klubu və ya şəxsi mülkü deyil.

“Ədalətli dövlətdə insanın ən böyük dayağı onun qohumu deyil, qanun olmalıdır”, – deputat deyib.

Razi Nurullayev: “Dövlət qurumu heç kimin ailə müəssisəsi deyil”

Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycanda maraqların toqquşmasına qarşı mübarizənin yalnız qanunvericiliklə məhdudlaşmamalı, idarəçilik fəlsəfəsinin dəyişməsinə də xidmət etməli olduğunu bildirib.

Deputat parlamentdə çıxışı zamanı deyib ki, cəmiyyətdə hüquqi dildə maraqların toqquşması adlandırılan problem qohumbazlıq, dostbazlıq və yerlibazlıq kimi təzahür edir.

Onun sözlərinə görə, bəzi hallarda bir şəxsin vəzifəyə təyin olunması onun qohum və dostlarının da karyera yüksəlişinə şərait yaradır, qurumda uzun illər çalışan peşəkar əməkdaşlar isə sıxışdırılır və hətta işdən ayrılmağa məcbur edilirlər.

“Bir insanın vəzifəyə gəlməsi niyə başqa onlarla insanın karyerasının sonu olmalıdır? Dövlət qurumu rəhbər dəyişdikcə niyə öz peşəkar kadrlarını itirməlidir?” – deputat sual edib.

Razi Nurullayev vurğulayıb ki, məsələ məmurların qohumlarının vəzifəyə təyin edilməsinin qadağan olunması deyil, həmin şəxslərin vəzifəyə öz bilik və bacarıqları, yoxsa qohumlarının səlahiyyətləri hesabına gəlməsidir.

Deputat bildirib ki, qanun cəmiyyətdə geniş yayılmış “Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən” düşüncəsinin dəyişməsinə də töhfə verməlidir.

“Gənc öz diplomuna, biliyinə və zəhmətinə inanmalıdır, atasının telefon kitabçasına yox”, – o qeyd edib.

Onun sözlərinə görə, qohumbazlığın zərəri yalnız iqtisadi deyil, həm də mənəvi və psixolojidir. Belə hallar insanların dövlətə, ədalətə və gələcəyinə inamını azaldır, bacarıqlı kadrların ölkədən getmək istəyini gücləndirir.

Deputat maraqların toqquşmasının digər tərəfinə də diqqət çəkib. O bildirib ki, problem yalnız kiməsə qanunsuz üstünlük verilməsi deyil, şəxsi münasibətlər zəminində kiminsə qanuni hüquq və imkanlardan məhrum edilməsidir.

“Dövlət məmuru öz dostuna da, öz rəqibinə də eyni qanunla yanaşmağı bacarmalıdır”, – Razi Nurullayev vurğulayıb.

O əlavə edib ki, dövlət qurumları heç kimin ailə müəssisəsi, dostlar klubu və ya şəxsi mülkü deyil.

“Ədalətli dövlətdə insanın ən böyük dayağı onun qohumu deyil, qanun olmalıdır”, – deputat çıxışını yekunlaşdırıb.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol