• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat

Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
24.11.2026 13:13

Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda dövlət satınalmalarında maraqların toqquşmasının qarşısının alınması üçün süni intellekt və rəqəmsal həllərdən daha geniş istifadə edilməsini təklif edib.

Deputat parlamentdə çıxışı zamanı bildirib ki, 2025-ci ildə dövlət büdcəsindən dövlət satınalmalarına 10,8 milyard manat vəsait yönəldilib. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 8,4%-ni təşkil edib.

Onun sözlərinə görə, ötən il 9 965 elektron tender keçirilsə də, dövlət satınalmalarının dəyər baxımından 54,6%-i, say etibarilə isə 52,4%-i bir mənbədən satınalmaların payına düşüb.

“Bu, bir mənbədən satınalmaların ümumi tenderlərdə payının 50%-dən çox olduğunu göstərir. Bu da dövlət satınalmalarında elektronlaşma və maraqların toqquşması ilə bağlı meyarların daha yaxından nəzərə alınmasını zəruri edir”, – deputat qeyd edib.

Vüqar Bayramov bildirib ki, OECD-nin araşdırmalarına əsasən, təşkilata üzv ölkələrin 85%-də maraqların toqquşması ilə bağlı qanunvericilik beynəlxalq standartlara uyğundur. Bununla belə, həmin ölkələrin 42%-də qanunvericiliyin icrası ilə bağlı boşluqlar mövcuddur.

Deputatın sözlərinə görə, OECD üzvü olan 35 ölkədə dövlət satınalmalarının həyata keçirilməsi və qaliblərin müəyyənləşdirilməsi prosesində süni intellekt və rəqəmsal həllərdən istifadə olunur.

O, Azərbaycanda da bu təcrübənin tətbiqini vacib sayıb.

“Konseptual olaraq təklif etmək istərdim ki, maraqların toqquşmasının qarşısının alınması üçün Azərbaycanda dövlət satınalmalarında süni intellektdən daha geniş istifadə olunsun”, – Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, qanun layihəsinin qəbul edilməsi dövlət satınalmalarında maraqların toqquşmasının qarşısının alınmasına, eləcə də rəqəmsal həllərin və süni intellektin tətbiqinin genişləndirilməsinə imkan yarada bilər.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol