“Azercell Biznes” müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir

Yeni xidmət korporativ müştərilərə IoT və M2M nömrələri üçünfiziki SIM karta alternativ eSIM texnologiyasını seçmək imkanıyaradır
“Azercell Biznes” korporativ müştərilərə təqdim etdiyi IoT (Əşyaların İnterneti) və M2M (Cihazlararası kommunikasiya) xidmətləri çərçivəsində eSIM texnologiyasını istifadəyə verib. Yenilik sayəsində müştərilər IoT və M2M nömrələri üçün ənənəvifiziki SIM kartlarla yanaşı, eSIM texnologiyasını da seçə bilərlər.Bu imkan həm mövcud, həm də yeni nömrələrinaktivləşdirilməsində tətbiq oluna bilər.
Xidmət korporativ müştərilərə bir sıra üstünlüklər təqdim edir. Fiziki SIM kartların sifarişi və çatdırılması prosesinə ehtiyacınaradan qalxması, eSIM-in rahat aktivləşdirilməsi və müasircihazlarla uyğunluğu müştərilərə daha çevik və operativ həlltəqdim edir.
eSIM fiziki SIM karta ehtiyac olmadan, daxili eSIM modulu ilətəchiz olunmuş cihazların mobil şəbəkəyə qoşulmasını təmin edir. IoT və M2M həlləri isə cihazlar arasında data mübadiləsinə, onların məsafədən izlənməsinə və idarə olunmasına imkan verir.
eSIM IoT və eSIM M2M xidmətlərindən yararlanmaq istəyənkorporativ müştərilər ətraflı məlumat və dəstək üçün Azercell-in Korporativ Dəstək və Müştəri Xidmətləri kanallarına müraciət edə, həmçinin “Azercell Biznes” platforması vasitəsilə xidmət üzrəmüvafiq əməliyyatları həyata keçirə bilərlər.
Azercell korporativ müştərilərinin dəyişən ehtiyaclarına uyğuninnovativ həllər təqdim etməklə onların rəqəmsaltransformasiyasına dəstək göstərir və biznes üçün yeni texnolojiimkanlar yaradır.
























