• $
  • €
  • ₽
  • ₺
  • £

“Sabah” – “Barselona” oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək

“Sabah” – “Barselona” oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək
24.11.2026 14:58

UEFA Çempionlar Liqasında mübarizə aparan “Sabah” Futbol Klubunun “Barselona” (İspaniya) klubuna qarşı oyunu ilə əlaqədar noyabrın 25-də Bakı metropolitenində Qırmızı xəttində (M1) iş rejimi dəyişdiriləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Belə ki, “Bakı Metropoliteni” QSC-yə “Sabah” Futbol Klubu tərəfindən edilən müraciət və “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda baş tutacaq matça azarkeş marağı nəzərə alınaraq, Qırmızı xətdə (M1) iş vaxtı 1 saat uzadılacaq.

Azarkeşlərin mənzilbaşına rahat çatması üçün noyabrın 25-dən 26-na keçən gecə xəttin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin, stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət tədbirləri gücləndiriləcək. Qarşılaşmadan sonra qatarların hərəkət qrafiki “Koroğlu” stansiyasındakı tələbat və sərnişin axınına uyğun tənzimlənəcək.

Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi olduğu kimi saxlanılacaq. Ümumilikdə isə gün ərzində qatarların hərəkəti payız-qış cədvəlinə uyğun təşkil ediləcək.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
İdman 21:51
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
İdman 12:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol