• $
  • €
  • ₽
  • ₺
  • £

Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib

Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
24.11.2026 17:58

Noyabrın 19-da Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə dələduzluqda təqsirləndirilən həkim-stomatoloqa hökm oxunub.

İttihama görə, 1988-ci il təvəllüdlü L.A. (adı şərtidir) sertifikat müddəti bitdiyi halda, qanunsuz olaraq paytaxtın müxtəlif özəl klinikalarında - “Loft Dent”, “L.A. Dent”, “32 Dent” və “Mediland Hospital”da stomatoloji fəaliyyətlə məşğul olub.

O, qulluq mövqeyindən və etibardan sui-istifadə edərək pasiyentlərə vinir, zirkon qapaqlar, protez və implant dişlər qoyacağı barədə yalan vədlər verib.

Bu üsulla həkim 5 nəfər zərərçəkmiş şəxsin ümumilikdə 26 795 manat dəyərində pul vəsaitini və qızıl-zinət əşyalarını ələ keçirib:

Məhkəmə iclasında təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində pasiyentləri aldatmaq və ya onlara qarşı dələduzluq etmək niyyətinin olmadığını bildirib.

Həkimin sözlərinə görə, işlərində yaranan problemlər, təkmilləşdirmə kurslarında iştirak etməsi və maddi çətinlikləri səbəbindən pasiyentlərdən aldığı pulların bir qismini şəxsi ehtiyaclarına xərcləyib və nəticədə üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirə bilməyib.

O, həmçinin bəzi pasiyentlərin dişlərinin müəyyən hissəsini hazırladığını, lakin sonradan pasiyentlərin dişləri bəyənmədiyini və ya müalicəni davam etdirmək üçün yanına gəlmədiyini iddia edib.

Sertifikat məsələsinə gəlincə, təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayında müddəti bitən sertifikatının yenilənməsi üçün həmin ilin dekabrında aidiyyəti quruma müraciət etdiyini deyib. Sonda o, əməlindən peşman olduğunu bildirib.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib və zərərçəkmişlərdən üçünün maddi ziyanını tam ödəyərək onlarla barışıq əldə edib. Digər iki zərərçəkmişə vurulmuş ziyan isə ödənilməmiş qalıb.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin dələduzluq maddələri ilə təqsirli bilinib. Hökmə əsasən o, 2 il müddətə səhiyyə sistemində rəhbər vəzifə tutmaq və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.

Həbsdə saxlanıldığı 2 gün çıxılmaqla, qəti olaraq 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Həkim məhkəmə iclas zalından dərhal həbsə alınıb.

Tatyana

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol