• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji sahəsində yeni layihəyə başlayır

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji sahəsində yeni layihəyə başlayır
24.11.2026 18:38

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində yeni layihənin icrasına başlanılır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, bu ay Antalyada Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında dördtərəfli formatda yeni sənədin imzalanması alternativ yaşıl enerji istiqamətində mühüm layihənin başlanğıcıdır.

Bayramov qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında enerji sahəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi region üçün əhəmiyyətli layihələr uzun illərdir uğurla fəaliyyət göstərir.

Onun sözlərinə görə, bu ilin mühüm nəticələrindən biri Gürcüstan Baş nazirinin mayında Azərbaycana səfəri zamanı iki ölkə arasında Azərbaycandan Gürcüstana yeni təbii qaz təchizatına dair uzunmüddətli müqavilənin imzalanması olub.

Nazir, həmçinin elektrik enerjisinin təchizatı və Gürcüstan ərazisindən tranziti ilə bağlı yeni müqavilələrin imzalandığını diqqətə çatdırıb.

Bayramov Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin də iki ölkənin iştirakı ilə həyata keçirilən mühüm təşəbbüslərdən biri olduğunu vurğulayıb. O bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırılması artıq başa çatıb.

Nazir əlavə edib ki, Azərbaycan və Gürcüstanın baş nazirlərinin rəhbərliyi ilə fəaliyyət göstərən Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının müzakirələri və qəbul edilən sənəddə müxtəlif sahələrdə həyata keçirilən, eləcə də nəzərdə tutulan yeni layihələrlə bağlı konkret tapşırıqlar müəyyənləşdirilib. Bu tapşırıqların icrasının əməkdaşlığın nəticələrini daha da yaxşılaşdıracağı gözlənilir.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maka Boçorişvili: Bakı-Tbilisi-Qars dəmir yolu regional əlaqəliliyin güclənməsinə töhfə verəcək
Siyasət 18:52
Maka Boçorişvili: Bakı-Tbilisi-Qars dəmir yolu regional əlaqəliliyin güclənməsinə töhfə verəcək
Maka Boçorişvili: Azərbaycanla strateji tərəfdaşlığın gündəliyi zəngindir
Siyasət 18:49
Maka Boçorişvili: Azərbaycanla strateji tərəfdaşlığın gündəliyi zəngindir
Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan münaqişələrin diplomatik yolla həllini dəstəkləyir
Siyasət 18:45
Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan münaqişələrin diplomatik yolla həllini dəstəkləyir
Ceyhun Bayramov: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsi başa çatıb
Siyasət 18:40
Ceyhun Bayramov: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsi başa çatıb
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 9 ayda 900 milyon dolları ötüb
Siyasət 18:35
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 9 ayda 900 milyon dolları ötüb
Azərbaycan və Gürcüstan arasında 145 sənəd qüvvədədir, daha 18 sənəd üzərində iş aparılır
Siyasət 18:32
Azərbaycan və Gürcüstan arasında 145 sənəd qüvvədədir, daha 18 sənəd üzərində iş aparılır
Bayramov gürcüstanlı həmkarı ilə görüşüb
Siyasət 17:18
Bayramov gürcüstanlı həmkarı ilə görüşüb
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Siyasət 16:45
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol