Azərbaycan XİN iki ölkəni Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bosniya və Herseqovina və Surinamı Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə nazirlik "X" sosial şəbəkə hesabında paylaşım edib.
XİN-in Bosniya və Herseqovina ilə bağlı paylaşımında deyilir:
"Bosniya və Herseqovinanın Müstəqillik Günü münasibətilə bu ölkənin xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Müstəqillik Gününüz mübarək!"
Nazirlik Surinam xalqını və hökumətini də təbrik edib.
"Surinam Respublikasının Müstəqillik Günü münasibətilə bu ölkənin xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Müstəqillik Gününüz mübarək!" – paylaşımda qeyd olunub.























