Kəlbəcərdə 487 milyon manatlıq investisiya yatırılıb

2026-cı ilin yanvar-sentyabrında Kəlbəcərin iqtisadi və sosial sahələrinin inkişafına 487,1 milyon manat investisiya yönəldilib. Həmin dövrdə rayonda 148 yeni iş yeri açılıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
2026-cı ilin yanvar-oktyabrdada rayonda 12 milyon 31,3 min manatlıq sənaye məhsulu istehsal olunub.
Hesabat dövründə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri 61 milyon 649 min manat təşkil edib. Bunun 46,7 min manatı bitkiçilik, 61 milyon 602,3 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb.
Oktyabrın 1-nə olan məlumata görə, Kəlbəcərdə muzdla çalışan işçilərin sayı 5,5 min nəfər olub. Onların orta aylıq nominal əməkhaqqı 754,3 manat təşkil edib.

























