• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
24.11.2026 19:52

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitinin yollarda yarada biləcəyi təhlükələrlə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

BDYPİ sürücülərdən ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edib.

Bildirilib ki, qoşqulu, tentli və iriqabaritli yük avtomobillərinin sahibləri və sürücüləri küləkli hava şəraitində daha məsuliyyətli olmalı, hərəkətin çətin və təhlükəli olduğunu nəzərə almalı, yükün düzgün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park zamanı qapalı məkanlara üstünlük vermək tövsiyə olunub.

Qeyd edilib ki, açıq ərazilərdə küləyin yaratdığı toz dumanı görünüş məsafəsini məhdudlaşdıra bilər. Bu səbəbdən sürücülər sürət həddinə və ara məsafəsinə nəzarət etməli, ötmə və manevr zamanı ehtiyatlı olmalıdırlar.

BDYPİ piyadalara da hava şəraitini düzgün qiymətləndirməyi və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yarada biləcək davranışlardan çəkinməyi tövsiyə edib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox