• $
  • €
  • ₽
  • ₺
  • £

Biznesmen oğlunun “palatka” toyu - VİDEO

Biznesmen oğlunun “palatka” toyu - VİDEO
04.06.2014 12:33
“Oğluna toy edir, özü də gülməli formada. Ay bala, minlərlə insanın yaşadığı ərazidə belə şey etmək olar? Şadlıq sarayının da həyətində palatka qurarlar? Səhərə kimi bizi yatmağa qoymayıb. Belə biabırçılıq olmaz. Yoxsa 25 illik kredit altında inildəyən insanlara acıq verir?” 
“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsinin sakinlərinin “Sərham” MMC-nin (Bakıxanov Çörək Zavodu) baş direktoru Rasim Nəbiyevin hərəkətləri ilə bağlı Milli.Az-a ünvanladıqları şikayət məktubunda deyilir. Oxucu məktubunda deyilir ki, dünən axşam saatlarından başlayaraq gecə yarısına kimi Y.Əliyev küçəsində böyük yaşayış komplekslərinə bitişik yerləşən “Ülvi” şadlıq sarayının həyətində qurulan toy məclisi ətrafdakı insanların hiddətinə səbəb olub: “Rasim Nəbiyev oğlu üçün toy edib. Palatkanı düz işlədiyi zavodun qarşısında, şadlıq sarayının həyətində qurub. Yüksək musiqi səsi, qonaqların səs-küyü bizi yatmağa qoymayıb. Bir polis belə bu asayişin pozulmasına müdaxilə etməyib. Əlacsız qalıb 102 xidmətinə şikayət etdik. Az sonra polis gəldi, amma toya yox, ətrafdakı taksi sürücülərini ərazidən qovdu. İctimai yerdə, minlərlə insanın yaşadığı yerdə oyun çıxarmaq icazəsini zavod direktoruna kim verib? Dövlətin qanunlarını pozmaq səlahiyyətini satdığı çörəyin pulları ilə alıb bəlkə?”
Onu da əlavə edək ki, şikayətçilər başlarına gətirilən mənzərəni göstərən qısa videonu da çəkərək Milli.Az-a göndəriblər. Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəisi İltimas Yusifli Milli.Az-a açıqlamasında bildirdi ki, ictimai asayişin pozulmasına polis müdaxilə edərək tədbir görür. Rəisin sözlərinə görə, əgər saat 12-dən sonra səs-küy salınarsa, İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq şəxs 30-50 manat məbləğində cərimələnir. Dünən Yavər Əliyev küçəsində keçirilən toy məclisi ilə bağlı sakinlərdən şikayət daxil olub. 
“Hansı tədbir görülüb, cərimə olunub, yoxsa..” suala cavabında İ.Yusiflinin cavabı: “Toy dayandırılıb, restoran və toy sahibinə protokol tərtib olunub. Mənim üçün vətəndaşın hüququ biznesmendən daha artıqdır. Özümü də o vətəndaşın yerinə qoyuram, kimisə narahat etmək olmaz. Polis vətəndaşın ümid yeridir. Bu gün vətəndaşın ümidini sındırsam, sabah yaxınımız hansısa cinayətin və hüquq pozuntusunun qurbanı olacaq”. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Milli.Az-a açıqlamasında bildirdi ki, restoran və şadlıq sarayındakı səs-küylə bağlı şikayət olarsa, araşdırma aparıla bilər. Bu zaman şikayətçinin öz iştirakı ilə həmin əraziyə gedib ölçmə aparılır. Səs və titrəmə normadan artıq olarsa, tədbir görülür.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol