• $
  • €
  • ₽
  • ₺
  • £

"Hansısa mollabaşın bu cür deməsi biabırçılıqdır" - Elşad Miridən Hacı Surxaya CAVAB

"Hansısa mollabaşın bu cür deməsi biabırçılıqdır" - Elşad Miridən Hacı Surxaya CAVAB
18.08.2021 16:01
"Bu insanların dünyagörüşü o qədər dardır ki, dinlərinin də dar olduğuna görə özlərini "dindar" adlandırırlar. Bu insanlar ilk növbədə bilməlidirlər ki, dünya sadəcə müsəlmanlardan ibarət deyil".

Bunu ilahiyyatçı Elşad Miri Unikal.org-a açıqlamasında Hacı Surxayın Məhərrəm ayında toy edən şəxslərin övladlarının sağlamlığında təhlükə yaranacağı, ailə həyatının xoşbəxt olma ehtimalının az olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, müsəlmanların hamısı Məhərrəm ayında toy edib-etməməyi müzakirə etmirlər:

"Məsələn Qazax, Zaqatala, Balakən və Quba rayonlarında Məhərrəm ayı ilə bağlı heç bir problem yoxdur və onlar toy da edirlər. Bu insanların dünyagörüşləri o qədər bəsitdir ki, onların düşüncəsinə görə, dünyada yaşayan 7-8 milyard insanın hamısı müsəlmandır və onlar toy etsələr xoşbəxt olmayacaqlar, uşaqları şikəst olacaq. Bu adamlardan soruşmaq lazımdır ki, həqiqətən də Məhərrəm ayında toy edən şəxslərin uşaqları arasında şikəst olan var mı? Bu, Allahlıq iddiası kimi bir şeydir. Bunlar Allahın verə biləcəyi qərarı Allahın adından verməyə çalışan fırıldaqçılardır. Belə bir şey nə dərəcədə doğru ola bilər? Dünayda milyardlarla buddist və xristian yaşayır. Onlarda Məhərrəm ayında toy edib-etməmək məsələsi var mı? Onlar həmin zaman toy etdikləri vaxtda uşaqları şikəst mi olur? Görün biz nəyi müzakirə edirik. Vicdanın nə olduğunu bilməyən, İranın Ali Dini liderinin ifadəsini Qarabağı azad etməklə əlaqələndirən şəxsin qurumunda olan hər hansısa bir mollabaşın ifadəsini müzakirə edirik. Biyabırçılıqdır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol