• $
  • €
  • ₽
  • ₺
  • £

Sabunçu rayonunda narkotik vasitələrin satışına belə müdaxilə edilib-VİDEO

Sabunçu rayonunda narkotik vasitələrin satışına belə müdaxilə edilib-VİDEO
07.09.2021 20:00
Sabunçu rayonunda polis genişmiqyaslı əməliyyatlar keçirib. Zabrat, Bilgəh, Bakıxanov, Balaxanı və digər qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 nəfər saxlanılıb

Daxili işlər nazirliyindən bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bilgəh, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunuz dövriyyəsi, yəni satışı ilə məşğul olan 16 nəfər saxlanılıb.

Belə ki, əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Arzu Əliyev saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilib.Onun üzərində şəxsi axtarış zamanı 1 kiloqram 50 qram narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində əsasən rayonun Zabrat, Balaxanı Bilgəh və digər qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Arzu Əliyev narkotik vasitələri onlayn yolla xarici ölkələrdən birində yaşayan narkotik vasitələrin satışını həyata keçirən şəxsdən aldığını bildirib.

       Bundan başqa Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Elxan Zeynalabdinov və oğlu Fərid Zabrat qəsəbəsində saxlanılıblar. Bu şəxslərdən hazır satış üçün qablaşdırılan 11 büküm ümümi çəkisi 15 qram olan heroin, 14 büküm psixotrop maddə metamfetamin və 28 ədəd kibrit qutusunda satış üçün nəzərdə tutulan 71 qram marixuana aşkar edilib. Elxan və Fərid Zeynalabdinovlar ifadələrində Sabunçu rayonunun kənd və qəsəbələrində narkotik vasitələlərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

       Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər  əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər - İlqar Həsənov, Mahir Əliyev, Famil Əzimov, Fazil Qədimov, Kazım Orucov, Zamin Sadıqzadə, Malik Məmmədov, Taryel Səlimov, Rəcəb Bağırov, Elçin Əliyev, Nadir Kərimov, İranə Quliyeva və Ləman Abdullayeva saxlanılıblar.
       Onların da üzərindən külli miqdarda heroin netamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
       Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar və barələrində araşdırmalar davam etdiririlir.Hazırda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol