• $
  • €
  • ₽
  • ₺
  • £

Əməkdar artistin vəziyyəti ağır qiymətləndirilir - YENİLƏNİB

Əməkdar artistin vəziyyəti ağır qiymətləndirilir - YENİLƏNİB
09.09.2021 16:54
"Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir”.
 
"Yeni Klinika”dan bildirilib ki, Əməkdar artistin ağciyərləri COVID-lə bağlı iki tərəfli pnevmoniyadır.
 
Onun ciyərlərində 80% buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı var.
 
Rəsmi məlumata görə, Y.Zurufçu qeyri-invaziv süni tənəffüs aparatının dəstəyindədir.

******
Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.

Bu barədə onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

Onun sözlərinə görə, 65 yaşlı sənətçi bir həftə əvvəl koronavisrusa yoluxub və Yeni Klinikaya köçürülüb: "Yaqub bəyin vəziyyəti hazırda ağırlaşıb. Məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Prezidentin köməkçisi Anar Ələkbərov da məsələni diqqətdə saxlayır. Millət vəkili Qənirə Paşayeva da tez-tez zəng edib vəziyyəti ilə maraqlanır. Hər kəs diqqət göstərir, amma vəziyyəti ağır olaraq qalmaqda davam edir”.

A.Zurufçu bildirib ki, Əməkdar artist dünən intensiv şöbəyə köçürülüb: "Analiz vermişdi, cavab pozitiv çıxandan sonra xəstəxanaya yerləşdirildi. Bir həftə palatada qaldı. Orada vəziyyəti ağırlaşdığından reanimasiyaya yerləşdirilib. Dünən axşamdan etibarən reanimasiya şöbəsindədir. İntensiv şöbədə olanda həkimlər dedi ki, bu xəstəliyin dünyanın hər yerində müalicəsi eynidir. Yaqub bəyin ürəyi zəifdir. Əgər iynələrə tab gətirsə, sağalmaq ehtimalı var”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol