• $
  • €
  • ₽
  • ₺
  • £

Pambıq, şəkər çuğunduru və tütün üçün əkin subsidiyaları niyə ləğv olunub?

Pambıq, şəkər çuğunduru və tütün üçün əkin subsidiyaları niyə ləğv olunub?
09.09.2021 15:14
Azərbaycan hökuməti ölkədə pambıq, şəkər çuğunduru və tütün istehsalını stimullaşdırmağın, fermerlərin daha çox məhsul ortaya qoymasının yolunu tapıb.

Söhbət adları çəkilən məhsullar üzrə əkin subsidiyalarının ləğv olunmasından, əvəzində məhsul subsidiyalarının məbləğinin kəskin artırılmasından gedir.

Bununla bağlı Aqrar Subsidiya Şurasının qərarını Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov şərh edib: "Bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat deyil, 170 manat, Virciniya növü üzrə yaşıl tütünün hər tonuna görə 5 manat deyil, 26 manat, digər növ üzrə quru və yaşı tütünün hər tonuna görə müvafiq olaraq 50 manat və 5 manat deyil, 180 manat və 18 manat, şəkər çuğundurunun hər tonuna görə isə 4 manat deyil, 12 manat (əvvəl 4 manat) məhsul subsidiyası alacaqlar.
Pambıqda məhsul əmsalı yalnız Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına, tütündə məhsul əmsalı isə yalnız Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir".

Fermerlər dövləti aldadıb?
 
Aqrar Subsidiya Şurasının qərarı pambıq, şəkər çuğunduru və tütün əkən fermerlərin indiyə qədər dövləti aldatması təsəvvürü yaratsa da, V.Hüseynov bununla razılaşmır, deyir ki, məqsəd kənd təsərrüfatı istehsalçılarını daha məhsuldar işləməyə sövq etməkdir: "İndiyə qədər fermer 50 sentrner (5 ton) pambıq verirdisə, 500 manat məhsul subsidiyası alırdı. Ona həmçinin 220 manat əkin subsidiyası verilirdi. Yəni, İkisi birlikdə 720 manat edirdi. Bundan sonra isə yalnız 850 manat məhsul subsidiyası alacaq. Arada 130 manat fərq var".

"Suallar yarana bilər ki, niyə biz bu qərarı taxıla və digər bitkilərə tətbiq etmirik? Çünki bu 3 bitki üzrə tədarük sistemi var, torpaq sahəsi olan fermerlər şirkətlərlə müqavilə bağlayırlar. Məsələn, şirkət fermeri toxum, gübrə, texnika ilə təmin edir, onun sahəsində pambıq əkilir və məhsul yetişir. Yenə şirkət fermeri texnika ilə təmin edir, məhsulu yığırlar. Şəkər çuğunduru və tütün də həmçinin. Yəni, bu 3 məhsulun alıcısı əvvəlcədən məlum olduğu üçün onları məhsul subsidiyasına keçirmək asan idi və bunu etmişik. Amma digərlərində bu cür mexanizm hələlik mövcüd deyil. Aqrar Susbidiya Şurası bazardakı təlabatları nəzərə alaraq qərar qəbul edirş Bu baxımdan bu 3 bitki növü üzrə məhsul subsidiyasına keçidin müsbət nəticələrini 2022-ci ildə görəcəyik. Pambıqçı fermerlərin böyük əksəriyyəti ilə görüşmüşük, onlar bu qərarı dəstəkləyirlər. Gəlir əldə etmək üçün, daha çox subsidiya əldə etmək üçün yeganə tələb daha çox məhsul istehsal etməkdir".(report.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol