• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağın bərpasına həsr olunmuş biznes forum keçirilib

Qarabağın bərpasına həsr olunmuş biznes forum keçirilib
10.09.2021 18:51
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində biznes forum keçirilib.
 
Anews.az xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmuş biznes forumun açılışında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, türkdilli dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan iqtisadi münasibətlər keyfiyyətcə yeni müstəvidə ildən-ilə daha da genişlənir. TDƏŞ-ə üzv dövlətlərlə uğurlu ticarət-investisiya əməkdaşlığı həyata keçirilir. 1995-ci ildən 2021-ci ilin 3 ayınadək olan TDƏŞ üzvü olan ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,6 mlrd. ABŞ dolları sərmayə yatırıb.

İşğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış, bu ərazilərdə reallışdırılacaq "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyalarından danışan Mikayıl Cabbarov Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin qurulmasındakı maneənin aradan qalxması ilə region ölkələrinin faydalana biləcəyi yeni avtomobil və dəmir yolu şəbəkələrinin formalaşdırılması imkanı yarandığını, hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində aktiv işlər aparıldığını diqqətə çatdırıb. Nazir əlavə edib ki, bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcəkdir.

İqtisadiyyat naziri 44 günlük Vətən müharibəsi dövründə Türk Şurasının Azərbaycana böyük dəstək verdiyini vurğulayıb. 
Tədbir çərçivəsində Qarabağın bərpası və yenidənqurulması istiqamətində görüləcək işlər barədə təqdimat keçirilib.
Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Qazaxıstanın "QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd xarici ticarət fəaliyyətinin təşkili və stimulaşdırılması sahəsində təcrübə mübadiləsi məsələlərini ehtiva edir.
Forum işini ikitərəfli görüşlərlə davam etdirib.
 
 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol