• $
  • €
  • ₽
  • ₺
  • £

“Çörəyin qiymətini qaldıran sahibkarları qınamıram“ - Ekspert

“Çörəyin qiymətini qaldıran sahibkarları qınamıram“ - Ekspert
15.09.2021 19:00
Azərbaycanda bu gündən çörəyin qiymətində artım müşahidə olunub. Bu artım, konkret olaraq iki firmanın məhsullarında özünü göstərib: "Çörəkçi” və "Nömrə 1”. Qiymət artımı çörək növlərindən asılı olaraq, 5-10 qəpik civarındadır. 

Sosial şəbəkələrdə də çörəyin qiymətindəki artım müzakirə mövzusuna çevrilib və bu artım birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı açıqlama verən iqtisadi ekspert Elmir Səfərli qeyd edib ki, təkcə çörəyin yox, son bir ildə bir çox ərzaqların qiymətlərində bahalaşma baş verib:

"İlk növbədə, bu artım daşınma xərclərinin və maya dəyərinə təsir edən əsas istehsal xərclərinin artmasına görədir. İstər dövlət, istərsə də özəl sektorda bu qiymətlər qaldırılsa belə, bu artım başa düşülən haldır. Çünki yanacağın qiymətinin son 1 ildə bir neçə dəfə artması, eyni şəkildə digər istehsal xərclərinə, maya dəyərinə təsir edir”.

Ekspert qeyd edib ki, bu artımdan sui-istifadə edən sahibkarlar da var ki, təkcə çörək yox, digər ərzaq məhsullarında, xüsusən də tütün məhsullarında qiymətləri süni olaraq artırırlar:

"Fikrimcə, dövlət nəzarəti xüsusi olaraq gücləndirilməlidir. Müəyyən stratejik əhəmiyyətli məhsullar var ki, onların istehsalına dövlətin dəstəyi olmalıdır. Çünki əhalinin ən çox istifadə etdiyi gündəlik ərzaq məhsullarıdır”.

Elmir Səfərli vurğulayıb ki, sentyabrın 14-dən bəri benzinin qiymətinin qalxması ilə bağlı yayılan xəbərlər normal olaraq çörəyin qiymətində 10 qəpik dəyişiklik edib:

"Düşünürəm ki, burada dövlət tənzimləmələri xüsusi rol oynamalıdır. Sahibkarları da qınamıram. Çünki mövcud pandemiya dönəmi ilə əlaqədar olaraq yanacaq xərclərinin artması, işıq, su və qazın qiymətlərində son bir ildə olan dəyişikliklər istər-istəməz çörəyin qiymətinə də təsir edib. Sahibkarlar yaxın gələcəkdə yəqin ki, məhsulun çəkisini də azaldacaqlar. Bu, biznes üçün normal haldır”.(yenisabah)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol