• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA bir neçə restoranı cərimələyib

AQTA bir neçə restoranı cərimələyib
25.09.2021 17:14
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 24-də ölkə üzrə 401 ictimai iaşə obyektində 682 monitorinq keçirilib.
 
Monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, Telnov 19 ünvanında yerləşən, fiziki şəxs Hətəmli Çingiz Elçin oğluna məxsus restoran;

2. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən, fiziki şəxs Quliyev Əyanət Adil oğluna məxsus yeməkxana;

3. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən, fiziki şəxs Emin Kekliyə məxsus "Böyük Firat” restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 98 ünvanında yerləşən, fiziki şəxs Məcidov Tahir Əliyar oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 49k ünvanında yerləşən, fiziki şəxs Mahmudzadə Fərid Bəxtiyar oğluna məxsus çay evi;

6. Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 15, məh. 1212 ünvanında yerləşən, fiziki şəxs Həsənov Mircəlal Böyükbəy oğluna məxsus "Lavaş Ocaqüstü” restoranı;

7. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 31 66 ünvanında yerləşən, fiziki şəxs Yaylakcıoğlu İlahə Mirnağı qızına məxsus kafe;

8. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 31 66 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Vüsal Zahir oğluna məxsus kafe;

9. Bakı şəhəri, Xəzər rayonu, Buzovna Q R.İmanov küçəsinda yerləşən, fiziki şəxs Əliyev Eyvaz Həsən oğluna məxsus kafe;

10. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunda yerləşən, fiziki şəxs İbrahimov Firdovsi Nəbi oğluna məxsus anbar;

11. Sumqayıt şəhəri , 20-ci məhəllə, ev 20/29 ünvanında yerləşən, fiziki şəxs Planov Roman Nəriman oğluna məxsus "Yakudza” kafesi;

12. Qazax rayonu, Ə.Qədirov ünvanında yerləşən, fiziki şəxs Quluyev İlqar Aydın oğluna məxsus "Laquna” çay evi;

13. Gəncə şəhəri, Radiostansiya ərazisində yerləşən, fiziki şəxs Xələfova Gülnarə İlham qızınə məxsus "Maralgöl” yeməkxanası.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol