Daha bir marşrut kartla ödənişə keçdi

Sabahdan 163 nömrəli marşrut xətti (Ramana qəsəbəsi - Koroğlu NMM ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart” vasitəsilə ödəniləcək.
Bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə Zabrat qəsəbəsi Nərimanov 23, Ramana qəsəbəsi Daş Karxanası (ümumilikdə 6 ünvanda), Sadiq Cəfərov 26, Babək 336, Oktyabr küçəsi, Sabunçu qəsəbəsi Şəhər şosesi ünvanlarındakı "OBA” marketlərdə "BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























