• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı internet istifadəçilərinə “Google Chrome”la əlaqədar xəbərdarlıq

Azərbaycanlı internet istifadəçilərinə “Google Chrome”la əlaqədar xəbərdarlıq
01.10.2021 16:16
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları istifadə etdikləri proqram təminatlarını mütəmadi olaraq yeniləməyə çağırır.


Anews.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.


Məlumatda həmçinin deyilir ki, proqram təminatı istehsalçıları məhsullarında aşkar edilən təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün mütəmadi onların yeni versiyalarını təqdim edir.


Təqdim olunan yeniləmələrin tətbiq edilməməsi kənar şəxslər tərəfindən mövcud boşluqlardan istifadə etməklə sistemə müdaxilə edilməsi, fərdi və ya həssas məlumatların əldə edilməsi və digər bədniyyətli əməllərin həyata keçirilməsi ilə nəticələnə bilər.


Cari ildə "Google Chrome” brauzerində aşkar edilən çoxsaylı təhlükəsizlik boşluqlarının davamı olaraq aktiv şəkildə istifadə olunan daha yeni iki təhlükəsizlik boşluğu aşkar edilib.


Mövcud boşluqları aradan qaldırmaq üçün "Google” şirkəti tərəfindən "Windows”, "Mac” və "Linux” istifadəçiləri üçün yeni təhlükəsizlik yeniləməsi – "Google Chrome” brauzerinin 94.0.4606.71 versiyası təqdim olunub.


"Google” şirkəti tərəfindən təqdim edilən son yeniləmə cari ilin əvvəlindən "Google Chrome” brauzerində aşkar edilən 14 təhlükəsizlik boşluğunu aradan qaldırır.


Təsiri: Mövcud təhlükəsizlik boşluqlarından istifadə etməklə hədəf sistemlərə nəzarətin ələ keçirilməsi ehtimal olunur.


Təsir görən sistemlər: 94.0.4606.71 versiyasından öncəki "Google Chrome” versiyaları


Tövsiyə: İstifadəçilər və inzibatçılar "Google” şirkəti tərəfindən təqdim edilən yeniləmələri mütəmadi olaraq nəzərdən keçirməli və elektron təhlükənin qarşısını almaq üçün vaxt itirmədən mövcud brauzeri "Google Chrome” 94.0.4606.71 (və ya yuxarı) versiyasına yeniləməlidir.


Yeniləməni tətbiq etmək üçün "Google Chrome” brauzerinin sağ üst küncündəki üç nöqtədən "Parametrlər (Settings)” bölməsinə daxil olmaq və ardıcıllıqla "Dəstək/Help”, "About Google Chrome” seçimini etmək tələb olunur. Yeniləmənin aktiv olması üçün brauzer yenidən başladılmalıdır.


Bu kimi hallarda metodiki dəstək üçün www.cert.az rəsmi saytı və yaxud [email protected] e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol