Feysbukdan nasazlıqla bağlı növbəti AÇIQLAMA

Feysbuk sosial şəbəkəsinin işində baş verən kütləvi xətanın səbəbi açıqlanıb.
Bu barədə feysbukun rəsmi saytında məlumat paylaşılıb. Bildirilir ki, xətaya səbəb magistral marşrutlaşdırıcılarda konfiqurasiya dəyişiklikləri olub.
Bununla yanaşı, qeyd edilib ki, feysbuk, instaqram və votsap tətbiqetmələrində yaranan problem istifadəçilərin məlumatlarının oğurlanmasına səbəb olmayıb.
"Downdetector”un məlumatına görə isə, bu, feysbuk tarixində ilk böyük xəta olub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























