• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən 6 nömrəli məktəbdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA

Nazirlikdən 6 nömrəli məktəbdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA
05.10.2021 12:25
Sosial şəbəkələrdə Bakıda 6 nömrəli məktəb-liseydə siniflərdə şagird sayının çox olması ilə bağlı şikayətlər edilir.

Övladını məktəbə göndərən valideynlər iddia edirlər ki, onlara sinif otağında 49 şagirdin olacağı bildirilib. Məktəb rəhbərliyinə şagird sayının çox olması ilə bağlı müraciət edilib, lakin sıxlığı aradan qaldırmaq üçün tədbir görülməyib:

"Məktəb rəhbərliyinə müraciət olunanda onlara bildirilib ki, bəzi siniflərdə 60, hətta 70 şagird var, lakin həmin siniflərdə heç kəs etiraz etmir.  Deyirlər ki, əgər kimin xoşu gəlmirsə, uşağını məktəbdən çıxarıb başqasına qoysun. 60 nəfər şagirdlə sinif olar? Heç pandemiya olmasaydı da, belə sinif hansı standardlara uyğun gəlir? Qanunvericilikdə bunu tənzimləyən hər hansı normativ və ya qayda yoxdur?”

Təhsil NazirliyiNin Mətbuat xidmətindən bildirilib ki, T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə 60 və ya 70 şagird olan siniflər fəaliyyət göstərmir. Ən çox şagird olan sinifdə hazırda 50 şagird var.

Nazirlik, həmçinin məktəblərdə şagird sıxlığı ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Azərbaycanda mövcud siniflərin yalnız 0,3 faizində 40 və daha çox şagird var. Bu sıxlığın müəyyən obyektiv və subyektiv səbəbləri var. Ümumi təhsil müəssisələrində  şagird sıxlığı Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na əsasən tənzimlənir”. (qafqazinfo)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol